DiscoverAvto FM 107.7
Avto FM 107.7
Claim Ownership

Avto FM 107.7

Author: Avto FM 107.7

Subscribed: 32Played: 3,721
Share

Description

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
2502 Episodes
Reverse
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə taksi fəaliyyəti üçün tətbiq edilən 1.5 sığorta əmsalının səbəblərindən, bu artımın həm sürücü büdcəsinə, həm də gediş haqlarına təsirlərindən, eləcə də fərdi və kommersiya təyinatlı avtomobillər arasındakı fərqlərdən danışdıq.
“Bir Avto” verilişində "Radius" Avtomobil Təkər Mərkəzinin təlim meneceri Cavid Allahverdiyev ilə qış təkərlərinin istifadə müddəti, protektorun qalınlığı, təkərlərin düzgün saxlanma şəraiti və yola uyğun təkər seçilməsi barədə danışdıq.
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin təhlükəli davranışları, qəza səbəbləri, yol və hava şəraitinin rolu, sürücü mədəniyyəti, telefon istifadəsinin riskləri və ümumilikdə yol təhlükəsizliyinin artırılması yollarında danışdıq.
"Bir Avto"da qonağımız olan avtomobil lüklərinin təmiri üzrə mütəxəssis Samir Bəykişiyev ilə yağış sularının avtomobil lüklərinə təsiri, su sızmalarının səbəbləri və lüklərə mütəmadi texniki baxışın zəruriliyi barədə ətraflı danışdıq.
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yol qəzalarının əsas səbəbləri, sürücülərdə və piyadalarda rast gəlinən təhlükəli düşüncə və davranışlar, onların buraxdığı tipik səhvlər, çətin hava şəraitində risklər, cərimə ilə maarifləndirmənin təsiri haqqında danışdıq.
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə yol qəzalarının səbəbləri, sürücülərin yol verdiyi səhvlər, təhlükəsizlik kəmərinin əhəmiyyəti, sürət və yol şəraitinə uyğun hərəkət, pis hava şəraitində davranış qaydaları, sürət həddinin tənzimlənməsi, sürücü məsuliyyəti, diqqətin yayınmasının təsiri və yolun hərəkət hissəsində dayanmağın yaratdığı təhlükələr müzakirə olundu.
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə intensiv yağış və təbii fəlakətlər zamanı avtomobillərə dəyən ziyanın sığorta tərəfindən qarşılanması qaydaları, həmçinin sürücülərin belə hava şəraitində yol verdiyi kritik səhvlər və sığorta ödənişi almaq üçün atmalı olduqları addımlar barədə danışdıq.
“Bir Avto” verilişində "Radius" Avtomobil Təkər Mərkəzinin təlim meneceri Cavid Allahverdiyev ilə təkər seçimində homoloqasiya anlayışı, MO–MO1–MO-S fərqləri, mühəndislər tərəfindən təsdiqlənmiş təkərlərin təhlükəsizlik və komforta təsiri, həmçinin düzgün və uyğun təkər seçiminin vacibliyi haqqında danışdıq.
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə yağışlı havada qəza risklərinin artma səbəbləri, sürücülərin sürüşkən yollarda yol verdiyi tipik səhvlər, yolun hərəkət hissəsində dayanmağın yaratdığı ciddi təhlükələr və qəza zamanı düzgün davranış qaydaları haqqında müzakirə apardıq.
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə qəza anında ilk addımlar, avtomobilin hansı hallarda tərpədilməməsi, xəsarət olduqda görüləcək tədbirlər, kiçik maddi ziyanlı hallarda razılaşma imkanı, qəza yerini tərk etməyin hüquqi nəticələri və sürücülərin ən çox etdiyi səhvlərdən danışdıq.
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Beko-nun Strateji Müştərilər üzrə Meneceri İlkin Mammadov oldu. Veriliş zamanı Qadın Liderləri Zirvəsi görüşündən, biznes qurma ideayasından və bu yola necə başlamasından, akademiyanın fəaliyyətindən və digər maraqlı mövzulardan bəhs etdik.
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin qaydaları bilərəkdən pozma səbəbləri, telefon asılılığının yaratdığı təhlükələr, yol mədəniyyətinin formalaşdırılması yolları və qəzaların qarşısını alan ən vacib davranış qaydaları ətrafında danışdıq.
"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə Çin avtomobillərinin qlobal bazarda sürətlə yüksəlişi, texnoloji innovasiyalardakı irəliləyişləri və batareya sahəsində qazandıqları üstünlük, eləcə də servis xidmətlərinin səviyyəsi, ehtiyat hissələrinin əlçatanlığı və təhlükəsizlik standartları haqqında müzakirə apardıq.
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı “Baku Design Academy”nin təsisçisi Aysel Gülməmmədova oldu. Veriliş zamanı Qadın Liderləri Zirvəsi görüşündən, biznes qurma ideayasından və bu yola necə başlamasından, akademiyanın fəaliyyətindən və digər maraqlı mövzulardan bəhs etdik.
"Qaydaları Pozma" verilişində psixoloq Fərqanə Mehmanqızı ilə birlikdə sükan arxasındakı aqressiyanın səbəbləri, sürücü davranışının xarakterlə əlaqəsi, tıxac stresinin psixoloji fəsadları, yol mübahisələrindən qaçmaq və emosiyaları idarə edərək mədəni sürücü olmağın yolları haqqında danışdıq.
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova oldu. Veriliş zamanı qədim Novruz adət-ənənələrindən, "qara bayram" adlandırılan çərşənbədən, bayram fallarından və digər maraqlı mövzulardan bəhs etdik.
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə piyada qəzalarının artmasının səbəbləri, sürət həddinin aşılması, sürücü diqqətsizliyi, piyadaların yol hərəkəti qaydalarını pozması, hadisələrin daha çox baş verdiyi nizamlanmayan piyada keçidləri və magistral yollar, eləcə də qaydanı pozan tərəfləri gözləyən inzibati cərimələr barədə danışdıq.
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Müğənni Mərdan Kazımov, Brend imicinin idarəedilməsi şöbəsinin müdiri Nəzrin Əliyeva oldu. Veriliş zamanı Obanın 10 illiyi üçün Mərdan Kazımovla olan əməkdaşlığından, bu əməkdaşlıqdan yaranan reklamın insanlarda hansı təəssüratı yaratdığından, Obanın gələcək məqsədi və əhəmiyyəti haqqında ətraflı müzakirə apardıq.
Bu dəfə “Bir Avto” verilişimizin qonağı "Radius" Avtomobil Təkər Mərkəzinin təlim meneceri Cavid Allahverdiyev oldu. Veriliş zamanı şin müayinəsinin növlərindən, şinlərin şişməsinin səbəblərindən, "yaxşı təkər" anlayışından və digər maraqlı mövzulardan bəhs etdik.
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı həkim- genetik Dr.Əmirli Günay oldu. Veriliş zamanı genetik həkim niyə vacibdir, ən çox yayılan genetik xəstəliklər, qohum evliliklərinin yaratdığı genetik təhlükələr haqqında ətraflı müzakirə apardıq.
loading
Comments 
loading