Discover
PLANET FM
1610 Episodes
Reverse
Kənd təsərrüfatı fəlakətlərin qarşısını almaq üçün hansı innovativ yollara (dronlar, sensorlar) baş vurmalıdır?"İqlim Gündəliyi" verilişinin bu buraxılışında ADA Universitetinin professoru, bitki mühafizəsi üzrə fəlsəfə doktoru Sahil Quliyev ilə COP31 zirvəsinin əhəmiyyətini, Azərbaycanın aqrar sektorundakı mövcud quraqlıq və daşqın problemlərini müzakirə edirik. Yeni məhsuldar bitki sortlarının ölkəyə gətirilməsi yerli aqronomlar üçün niyə çətinlik yaradır? Hökumətlər kənd təsərrüfatını daha dayanıqlı etmək üçün hansı addımları atmalıdırlar? Əgər siz də gələcəyin qida təhlükəsizliyi və iqlimin kənd təsərrüfatına təsiri ilə maraqlanırsınızsa, podkastı sonadək izləyin.
"Planetin səhəri" verilişinin bugünkü buraxılışında qonağımız xaricdə əmlak üzrə mütəxəssis, səyyah Aygün Hacılıdır. Aygün xanım işini itirdikdən sonra aldığı təzminatla birtərəfli bilet alaraq Vyetnama etdiyi uzunmüddətli səyahətdən və orada qazandığı təcrübələrdən bəhs edir. Aparıcılar: Rəhman Rəsulov, Cavid NeymətzadəQonaq: Aygün Hacılı
Gələcək elə indidir! Bakıda keçiriləcək II Süni İntellekt Zirvəsi – "Baku AI Summit 2026" ərəfəsində "Zaman Maşını" verilişində texnologiyanın həyatımıza necə təsir etdiyini müzakirə edirik. "FaceMark" şirkətinin layihə rəhbəri Xədicə Cəbrayılova, "Lambda Labs MMC"nin təsisçisi Fərid Hüseynov və Türkiyədən "Logo Group"un Baş Texniki Direktoru İsmayıl Duranın iştirakı ilə Süni İntellektin biznesə, rəqəmsallaşmaya və gündəlik işlərə təsiri barədə maraqlı detallar açıqlanır. Aparıcı: Nigar Məmmədova
Verilişin bu buraxılışında təyyarə bələdçisi Elsəvər Məmmədli aviasiya dünyasının və uçuşların ən maraqlı məqamlarını paylaşır. Təyyarə bələdçisi olmaq üçün hansı fiziki və psixoloji şərtlər tələb olunur? Niyə hər bələdçi yalnız müəyyən təyyarə tiplərində (Airbus, Boeing və s.) uça bilər?Həmçinin, bələdçilərin xüsusi su üzgüçülük təlimləri və təyyarə enişindəki məşhur "alqış" ənənəsi barədə səmimi cavabları eşidəcəksiniz. Aparıcılar: Rəhman Rəsulov, Cavid Neymətzadə Qonaq: Elsəvər Məmmədlİ
Bu buraxılışda qonağımız Azərbaycan Rəssamlar İttifaqının üzvü, beynəlxalq dərəcəli rəssam Röya Abdullayevadır. Röya xanım Parisin məşhur Luvr və Amsterdamdakı Van Qoq muzeyinə necə ödənişsiz daxil olduğunu, Rəssamlar İttifaqı və UNESCO kartlarının verdiyi gizli üstünlükləri izləyicilərimizlə bölüşür. Həmçinin, Albaniyanın gizli cənnəti olan Ksamilin niyə daha ucuz turizm məkanı olduğu, Tiranada Osmanlı izləri və yerli mətbəxin sirləri (Tavë Kosi) müzakirə edilir. İsveçrənin Cenevrə şəhəri ilə Mingəçevir arasındakı bənzərliklərdən tutmuş, Qazaxıstan səyahətinin xüsusiyyətlərinə qədər bir çox fərqli mövzuya toxunulur. Aparıcı: Rəhman Rəsulov Qonaq: Röya Abdullayeva




