Discover
PLANET FM
1630 Episodes
Reverse
Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında məlumatlar öyrənəcəklər.
Süni intellekt, data mərkəzləri və elektromobillərin sürətlə artması elektrik şəbəkələrini necə dəyişir?"Planet FM"in "İqlim gündəliyi" verilişinin qonağı olan "Azərişıq" ASC-nin Texnoloji innovasiyalar şöbəsinin və Beyin mərkəzinin rəhbəri, energetika üzrə ekspert Fərid Zalıyev süni intellektin enerji sektorundakı rolu, ağıllı şəbəkələr (Smart Grid) və Azərbaycanın 2035-ci il yaşıl enerji hədəfləri barədə ətraflı məlumat verir. Buraxılışda həmçinin elektromobil batareyalarının utilizasiyası, şarj stansiyalarında ağıllı yük bölgüsü, Qarabağ və Şərqi Zəngəzurda qurulan rəqəmsal idarəetmə mərkəzləri, ağıllı sayğacların üstünlükləri və məsuliyyətli enerji istehlakı mövzuları müzakirə olunur.
Berlin və Paris səyahəti arasında hansı fərqlər var, Almaniyada göyərçinlərə yem vermək niyə cərimə sayılır və "Black Friday" (Qara Cümə) adı əslində haradan yaranıb? Planet FM-in qonağı olan marketinq mütəxəssisi Şəbnəm Hümbətova Almaniya, Fransa və Türkiyə səfərlərindən real təəssüratlarını, Avropanın gündəlik yaşayış qaydalarını və qlobal marketinq sirlərini bölüşür. Söhbət zamanı həmçinin İstanbulun gizli gözəllikləri (Kadıköy və Eyüp Sultan), Azərbaycan və Türkiyə reklam bazarının fərqləri, "influencer"lərin güvən itkisi və Avropada marketinqin ən güclü olduğu ölkə haqqında maraqlı faktlar açıqlanır. Aparıcılar: Cavid Neymətzadə, Rəhman Rəsulov Qonaq: Şəbnəm Hümbətova
“Zəfər Rəqsi” qısametrajlı filmi 12 beynəlxalq festivaldan 9 mükafatla, o cümlədən Haaqa Film Festivalının əsas nominasiyası üzrə qalibiyyətlə qayıtdı! “Planeti VISA ilə kəşf edək” rubrikasında bu möhtəşəm uğurun pərdəarxası haqqında ADA Universitetinin kommunikasiya və media üzrə müəllimi Şəfəq Mehrəliyeva ilə geniş söhbət apardıq.
AQTA və "Planet FM" (88.7 FM) qida təhlükəsizliyi sahəsində yeni maarifləndirmə layihəsinə start verib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi və sağlam qidalanma vərdişləri barədə məlumatlılıq səviyyəsinin artırılması, eləcə də istehlakçı hüquqlarının qorunması məqsədilə "Planet FM" radiosu ilə birgə yeni maarifləndirmə layihəsinə başlayıb.İlk buraxılışın qonağı AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova oldu.AQTA ilə “Planet FM”də maariflənin, süfrəniz açıq, qidanız sağlam olsun!Aparıcı: Nigar Məmmədova






