Discover
Dalğa FM
478 Episodes
Reverse
"Biznes inciləri" verilişində qonağımız olan "Compliment happy box" şokolad brendinin təsisçisi Şəfiqə Əfəndiyeva ilə aparıcılıq fəaliyyətindən biznes sahəsinə keçidindən, "Compliment happy box” ideyasından, şokolad b
"Sənətin səsi" verilişinin buraxılışında Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov ilə muğam ifaçılığı sənəti və qəzəlin açmasından, dərin mənalı sözlərin mahiyyətindən, yeni işıq üzü görən qəzəllərdən ibarət kitabından, bəstəkarlarla uğurlu iş birliyindən və digər maraqlı məqamlardan bəhs etdik.
"Valideyn saatı" verilişində qonağımız olan psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Fatimə Bayramova ilə uşaqda pis vərdişin daha çox nə zaman yaranmasından, uşağın davranışını dəyişmək üçün valideynin öz üzərində nə qədər işləməli olduğundan, uşağın pis vərdişini gördükdə valideynin necə reaksiya verməli olduğundan və digər maraqlı məqamlardan bəhs etdik.
"Sənətin səsi" verilişinin buraxılışında Opera və Balet Teatrı və DSX-nin Nümunəvi Hərbi Orkestrinin solisti Fatimə Cəfərzadə ilə Vətən müharibəsində qazanılan qələbənin 5 illik yubileyi ərəfəsində keçirilən tədbirlərdən, Azərbaycanı təmsil etdiyi musiqi festivallarından, DSX-nin Hərbi Orkestrindəki fəaliyyətindən, vətənpərvərliyin aşılanması, övladlarımızda vətənpərvərlik hissinin tərbiyələndirilməsindən və digər maraqlı məqamlardan bəhs etdik.
"Valideyn saatı" verilişində qonağımız olan sosioloq Yusif Nəbiyev ilə uşaqlarda vətənpərvərlik duyğusunun hansı yaşdan formalaşmağa başlamasından, sağlam vətənpərvərlikdən, bayraq, himn, milli musiqilərin uşaqlarda bu duyğunu necə formalaşdırmasından və digər maraqlı məqamlardan bəhs etdik.
"Sənətin səsi" verilişinin buraxılışında xarici ölkələrdə “Zəfər” adlı tədbirlərdə ölkəmizi təmsil edən pianoçu Aydan Vəzirova, tar ifaçısı Elçin Abbasov və rəssam Nərminə Vəliyeva ilə “Zəfər” adlı səfərdən, Azərbaycanın milli sərvətləri və dəyərlərinin təbliği istiqamətində festivalların rolundan, Nərminə Vəliyevanın "Zəfər" tədbirində “Qarabağ” mövzusunda təqdim etdiyi kolleksiyasından və digər maraqlı məqamlardan bəhs etdik.
"Biznes inciləri" verilişində qonağımız olan "İn Studio"nun rəhbəri, "Kryolan" kosmetika brendinin Azərbaycanda təsisçisi Nigar İbrahimova ilə gözəllik sahəsinə gəlişindən, “İn Studio”nun yaranma hekayəsindən, salon biznesinə baş vurmaq istəyən xanımlara tövsiyələrindən və digər maraqlı məqamlardan bəhs etdik.
"Sənətin səsi" verilişinin buraxılışında vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlı vətən müharibəsində qazanılan qələbənin 5 illik yubileyindən, repertuarında ifa etdiyi vətənpərvər mahnılardan, Azərbaycan Milli Ordusunun hərbi hissələrində səslənən patriot musiqindən, vətənpərvərliyin aşılanmasından, övladlarımızda vətənpərvərlik hissinin tərbiyələndirilməsindən, Azərbaycan hərbi musiqisi və hərb sənətindən və digər maraqlı məqamlardan bəhs etdik.
"Valideyn saatı" verilişində qonağımız olan “Pro Media Group” MMC-nin direktoru Cavid Neymətzadə ilə müasir medianın uşağın emosional və sosial inkişafına təsirindən, radionun uşağın təxəyyül gücünün və nitqinin inkişafında müsbət rolundan, uşaqlara medianın necə “düşünərək izləməyi” öyrətməli olduğundan və digər maraqlı məqamlardan bəhs etdik.
"Sənətin səsi" verilişinin buraxılışında Azərbaycanın ilk qadın caz-vokal ifaçısı Tünzalə Qəhrəman ilə Beynəlxalq Caz Festivalının yaddaqalan çıxışlarından, Vaqif Mustafazadə ilə bağlı xatirələrindən, xarici ölkələrdə cazın, Azərbaycan cazının, caz ifaçılarının təbliğindən, caz musiqisinin gələcək nəsillərə ötürülməsi istiqamətində görüləcək layihələrdən və digər maraqlı məqamlardan bəhs etdik.
"Biznes inciləri" verilişində qonağımız olan "Mehin Events"in təsisçi və direktoru Mehin Tuayeva ilə tədbir təşkilatçılığına gəlməyindən, 2013-cü ildən bu günə qədər “Mehin Events” brendini necə formalaşdırdığından, tədbir planlaşdırarkən önəmli olan prioritetlərdən, ideal komanda ruhundan və digər maraqlı məqamlardan bəhs etdik.
"Sənətin səsi" verilişinin buraxılışında gitara ifaçısı Cavid Bakı ilə yeni yaranan “Mezzo Duet” layihəsindən, musiqi məktəbindəki gitara tədrisi və ümumi pedaqoji fəaliyyətindən, solo konsertində nəzərdə tutulan repertuar və duetlərindən, gitara ifaçılıq sənəti və onun tədrisindən və digər maraqlı məqamlardan bəhs etdik.
"Valideyn saatı" verilişində qonağımız olan psixoloq, "HR generalist" Nərmin Əhmədzadə ilə XXI əsrin uşaqlarına baxanda “peşə bacarığı” anlayışının nəyi ifadə etməsindən, rəqəmsallaşma dövründə empatiya, komanda işi kimi insani dəyərlərin necə qorunmasından, valideynlərin uşaqlarda peşə maraqlarını necə müşahidə etməli olduqlarından və digər maraqlı məqamlardan bəhs etdik.
"Sənətin səsi" verilişinin buraxılışında müğənni Jalə Kərimova ilə BMA-da vokal məktəbindən, vokal ifaçılığı sənətindən, “Rast” qrupundakı fəaliyyətindən, caz musiqisində yaratdığı əsərlər və caz festivallarındakı çıxışlarından və digər maraqlı məqamlardan bəhs etdik.
"Valideyn saatı" verilişində qonağımız olan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrının quruluşcu rejissoru Elşad Rəhimzadə ilə "Teatrın uşaqların inkişafında rolu" mövzusunun müzakirəsi zamanı teatr və onun tərbiyəvi gücündən, teatrın uşağın şəxsiyyətinin formalaşmasında rolundan, səhnədə utancaq uşaqlarla iş zamanı hansı üsullardan istifadə etdiyindən, bağçalarda teatr dərslərinin valideynlər tərəfindən dəstəklənməsindən və digər maraqlı məqamlardan bəhs etdik.
"Sənətin səsi" verilişinin buraxılışında Yuğ Teatrının aktrisası Natəvan Qeybani ilə Yuğ Teatrının fəaliyyətindən, yeni tamaşalarından, 1996-cı ildən etibarən 30 ilə yaxın çalışdığı dövr və nailiyyətlərindən, ADMIU-da tələbəlik illərində ustadı Vagif İbrahimoğlunun teatr dərslərinin mahiyyətindən, V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşasından və digər maraqlı məqamlardan bəhs etdik.
"Biznes inciləri" verilişində qonağımız olan Bakı Nitq Mərkəzinin rəhbəri və nitq təlimçisi Firuzə Aslanova ilə nitq sənətinə olan marağından, Bakı Nitq Mərkəzini yaratmaq fikrindən, parazit səslərdən və onları aradan qaldırmanın yollarından, nitqimizi inkişaf etdirmək üçün bilməli olduğumuz nüanslardan və digər maraqlı məqamlardan bəhs etdik.
"Sənətin səsi" verilişinin buraxılışında caz ifaçısı Nərmin Məmmədli ilə Beynəlxalq Caz Festivalındakı yaddaqalan çıxışlardan, festivaldakı çıxışı və uğurlu duetlərindən, məşhur mahnılara ikinci nəfəs verməsindən və digər maraqlı məqamlardan bəhs etdik.
"Valideyn saatı" verilişində valideyn qismində qonağımız olan Esmira Əyyub ilə üç fərqli yaşda övladla eyni evdə balansı necə qoruduğundan, uşaqlar arasında olan qısqanclıq, müqayisə və fərqləri necə tənzimləməsindən, yeniyetmə yaşdakı övladı ilə ünsiyyətdə ən çox diqqət etdiyi nüanslardan və digər maraqlı məqamlardan bəhs etdik.
"Sənətin səsi" verilişinin buraxılışında xanəndə, Milli Konservatoriyanın baş müəllimi Vüqar Əliyev ilə muğam müsabiqələrində qalib olan tələbələrindən, İfaçıların, xanəndələrin yeniliklərinə olan münasibətindən, öz dəst-xətti ilə fərqlənmək üçün ifaçıların nə etməli olduğundan və digər maraqlı məqamlardan bəhs etdik.























