Discover
Nağıl Noğul
12 Episodes
Reverse
Nizami Gəncəvinin bu əsəri insanın daxili yolunu, dəyişimini və özünü dərk edişini izah edir.Bəhram çox şeyi gördü, amma hər gördüyünü anlamadı.Bəlkə də bu hekayə, bizim də keçdiyimiz yolu xatırladır.👀
Osmanlı və Ağqoyunlu arasında baş verən bu tarixi an necə dəyişdi?Bir qadının ağlının, diplomatiyasının, gücünün hekayəsidir bu - Sara Xatunun 👑
Boz ayğırlı Bamsı Beyrəyin hekayəsi, Dədə Qorqud dastanının ən məşhur və təsirli rəvayətlərindən biridir. Bu nağıl igidlik, sədaqət və verilmiş sözün gücündən bəhs edir. Bamsı Beyrək və Banuçiçəyin hekayəsi Oğuz elində sevgi, gözləmə və qayıdışın necə bir imtahana çevrildiyini göstərir. Azərbaycan xalq dastanının bu epizodu səbrin, sədaqətin və bağlılığın gücünü xatırladır.
Bu nağıl tülkünün bir anlıq tələsik qərarla özünü çətin vəziyyətə salmasından və həmin vəziyyətdən yalnız başqalarının köməyi ilə çıxmağı öyrənməsindən bəhs edir. Hekayə göstərir ki, ağıllı olmaq bəzən yetərli olmur, birlik və paylaşım isə həqiqi gücü yaradır.
Bu hekayədə qılıncdan əvvəl ağıl, səsdən əvvəl birlik söz alır.Burla Xatun xatırladır ki, əsl liderlik qorxunu deyil, insanları bir arada saxlayan duruşdan doğur.








