DiscoverAvto FM 107.7
Avto FM 107.7
Claim Ownership

Avto FM 107.7

Author: Avto FM 107.7

Subscribed: 23Played: 2,068
Share

Description

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
1658 Episodes
Reverse
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli ilə birlikdə sürət həddini aşan sürücülərdən, tələskənliyin yollarda yaratdığı problemlərdən, sürücülərin narazı olduğu hallardan danışdıq.
Dünya Hipertoniya Günündə "Faydalı saat" verilişində kardioloq Cəmil Babayevlə ürək sağlamlığı ilə bağlı bir sıra məqamlara toxunduq:Kimlər ürək-damar xəstəliklərinin risk qrupuna daxildir?Ürəyi zəif olan insanlar kimlərdir? Ürəyimiz niyə zəifləyir?Qan təzyiqini normada necə saxlayaq?Yuxunun ürək sağlamlığına təsiri
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli radara ehtiyac olan küçələrdən, sürəti radara görə müəyyənləşdirən sürücülərin yaratdığı təhlükələrdən, yüksək sürət səbəbindən baş verən qəzalardan danışdı.
"Faydalı saat" verilişində qastroenteroloq Sevindik Arazovla birlikdə bir sıra maraqlı məqamlara toxunduq:  Hansı qidalar həzm sistemimizə mənfi təsir göstərir? Köp yaradan əsas səbəblər Bədənimizdəki şişkinlik nədən xəbər verir? Qida qəbulu üçün ən ideal saatlar
Qonağımız,səyahətçi Malik Abdullayev İspaniya ərazisində yerləşən Kanar adalarında və İsveçrə olarkən başına gələn maraqlı əhvalatları bizimlə bölüşdü.
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli avtoxuliqanlıq hallarından, avtoxuliqanlığa görə qanunda nəzərdə tutulan cərimə və cəzalardan danışdı, dinləyicilərin suallarını cavablandırdı.
"Faydalı saat" verilişində qonaq olan Pasiyent Təşkilatları İttifaqının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov hemofiliyanın səbəblərindən, ona təsir edən amillərdən, müalicə dövründən danışdı.
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin baş inspektoru Araz Əsgərli ilə birlikdə sükan arxasında telefondan istifadə hallarından, bu halda təyin olunan cərimələrdən, telefon istifadəsinin dünya təcrübəsində necə müəyyənləşdirildiyindən danışdıq.
"Faydalı saat"da oftalmoloq-cərrah Aygün Rəhimzadə ilə birlikdə göz zəifliyinin səbəblərindən, göz əməliyyatlarının müxtəlifliyindən, müalicə növlərindən danışdıq.
Bu günkü qonağımız Gülnar Baxşəliyeva, İsveçrədə Alp dağlarındakı hiking təcrübəsindən və Balidə keçirilən yoqa təlimlərindən söhbət açdı.
Bu günkü efirimizdə, paytaxtdakı sıxlıqlardan və parklanma problemlərindən danışdıq.
"Qaydaları Pozma" layihəsində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov avtomobili təhlükəsiz idarə etmək üçün lazım olan təməl elementlərdən, dönmə işıqlarından düzgün istifadədən, ötmə əməliyyatı zamanı məsafəni və sürəti doğru müəyyənləşdirməkdən danışdı və faydalı məlumatlar səsləndirdi.
"Faydalı saat" verilişində psixoloq Nizami Orucovla birlikdə qadın-kişi münasibətlərindən, qadınların kişilərdən istədiklərindən, cəmiyyətdə kişilərin və qadınların mənəvi borclarından danışdıq.
Bu günkü qonağımız “İZ Azərbaycan” layihəsinin müəllifi, Rüstəm Nəbizadə Hindistanın az gedilən şəhərləri olan Varanasi,Aqra,Delhi haqqında danışdı.
"Danışır sahibkar" da qonağımız olan "Nobel boya və Kimya" MMC-nin direktoru Həmid Fərəməzov ilə boya sənayesi barədə danışdıq.
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli ilə birlikdə təhlükəsizliyin təmin olunmasından, magistral yollarda ən çox pozulan qaydalardan, sürücülərin məsuliyyətindən danışdıq.
"Faydalı saat" verilişində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Ləman Abbasova qida zəhərlənmələri və allergiyalarından, məhsulların düzgün saxlanma və istifadə qaydalarından danışdı.
"Tam vaxtı" verilişində qonağımız olan Əfran Qurbanov Hindistan səfəri haqqında əhvalatlarını bizimlə bölüşdü.
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli ilə birlikdə cərimələrin dəyişdirmədiyi sürücülərdən, ən çox pozulan qaydalardan, sürücülərin cəriməsinin artırılmasını istədiyi qayda pozuntularından danışdıq.
"Faydalı saat" verilişində həkim-kosmetoloq Nigar Rüfətlə birlikdə ən çox müraciət olunan prosedurlardan, kosmetik prosedurlar üçün ən ideal yaşdan, üzə yanlış müdaxilənin fəsadlarından, keyfiyyətli məhsullardan danışdıq.
loading
Comments 
Download from Google Play
Download from App Store