Dalğa FM

"Dalğa FM" 92.5 FM<br />"Dalğa"nı tut, fərqi hiss et

"Müasir dünyada məktəb" I Valideyn saatı #3

"Valideyn saatı" verilişində qonağımız olan “Landau” məktəbinin korpus rəhbəri Həsənova Gülər hər məktəbin özünə məxsus təhsil proqramından, müəllimlərin dərs planlamalarından, xaricdə olan təhsil sistemindən  və digər maraqlı məqamlardan bəhs etdik.

09-12
38:38

Gənclərin əmək bazarına inteqrasiyası necə həyata keçirilməlidir? I Səhərin Dalğası #10

"Səhərin Dalğası" verilişində qonağımız olan insan resursları üzrə ekspert Arzu Musayeva ilə karyera mərkəzlərindən, insan resurslarının məsuliyyətli tərəflərindən, sahibkar və işçinin iş prinsipləri arasındakı fərqlərdən, CV hazırlayarkən buraxılan səhvlərdən, gənclərdən tələb olunan bacarıqlardan, müasir gənclərin əməkhaqqı gözləntilərindən və ən çox tələbatlı ixtisaslardan danışdıq.

09-12
35:16

"Uşaqların tədris proqramına mütləq teatr dərsləri əlavə olunsun".

"Sənətin səsi" verilişinin buraxılışında aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti Elnur Hüseynov ilə teatr mədəniyyətindən, yeni mövsümdə Gənc tamaşaçılar teartında təşkil olunacaq tamaşalardan, "Hacı Qara" tamaşasından, film və teatrdakı oyunların fərqlərindən, həmçinin uşaqların maariflənməsində teatrın rolundan bəhs etdik.

09-12
37:50

Pulumuzu harada saxlayaq və necə artıraq? I Səhərin Dalğası #9

"Səhərin Dalğası" verilişində qonağımız olan investisiya və maliyyə üzrə ekspert Nisə Əsgərli ilə pul qazanmağın yollarından, maliyyə savadlılığının artırılmasından, təhlükəsiz yatırım mənbələrindən, ailədə büdcə idarəetməsindən, ən çox edilən maliyyə səhvlərindən, həmçinin pulumuzu artırmağın və saxlamağın yollarından danışdıq.

09-11
34:21

"Mən özümü "Cahan xala" obrazında çox rahat hiss edirəm"

"Sənətin səsi" verilişinin buraxılışında Azərbaycan Respublikası Əməkdar artisti, müğənni Firuzə İbadova, "Şəfəq" teatrının rejissoru Paşa Ağayev, və “Arşın mal alan” tamaşasının bədii rəhbəri Şəfiqə Vəliyeva ilə Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı keçiriləcək tədbirlərdən, teatr mədəniyyətindən, "Arşın mal alan" operasından, "Şəfəq" teatrının quruluşundan və tamaşa saylarından, həmçinin "Cahan xala" və "Soltan bəy" obrazlarından bəhs etdik.

09-11
33:26

"Ekran vaxtı və rəqəmsal balans" I Valideyn saatı #2

"Valideyn saatı" verilişində "Ekran vaxtı və rəqəmsal balans" mövzusunun müzakirəsi zamanı valideynlərin bu prosesə necə nəzarət etməli olduqlarından, rəqəmsal platformaların müsbət və mənfi tərəflərindən, "ekransız saat"ın necə düzgün formalaşdırılmasından və digər maraqlı məqamlardan bəhs etdik.

09-10
38:36

Bakının inklüzivlik problemi: şəhərimizdə nələr dəyişməlidir? I Səhərin Dalğası #8

"Səhərin Dalğası" verilişində qonağımız olan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev ilə piyada keçidlərindən, səki infrastrukturundan, şəhər inklüzivliyindən, ictimai nəqliyyatlarda komfortluq səviyyəsindən, həmçinin yollarda piyadaların üzləşdiyi çətinliklərdən bəhs etdik.

09-10
37:58

"Mən "Koroğlu" operasında xanəndə qız obrazını canlandıracağam"

"Sənətin səsi" verilişinin buraxılışında Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, opera müğənnisi Fidan Hacıyeva ilə  "Koroğlu" operasından, Vahid Əziz ilə duet ifalardan, vokal ifaçılara edilən tövsiyələrdən, Üzeyir Hacıbəyli musiqisindən və sənətkar olmaq üçün bilməli olduğumuz məqamlardan bəhs etdik.

09-10
25:42

Uşaqlara nəyi öyrətmək vacibdir? I Səhərin Dalğası #7

"Səhərin Dalğası" verilişində qonağımız olan “Bağçam.az”ın təsisçisi Samirə Dünyamalıyeva ilə uşaqların tərbiyə prosesində ata və ananın rolundan, uşaqlara həmyaşıdları tərəfindən tətbiq edilən təzyiqlərdən, valideynlə uşaqları arasında ünsiyyət bağlarından və uşaqların tərbiyəsi prosesində valideynlərin etməli olduqları məqamlardan danışdıq.

09-09
37:54

"Azərbaycanın xalq rəqsi "Uzundərə"ni mən yeni quruluşda Qarabağda səhnəyə qoymuşam"

"Sənətin səsi" verilişinin buraxılışında Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə ilə rəqslərimizdəki milli adətlərimizdən, milli musiqilərdən, folklordan və rəqslərimizdəki ritmin əhəmiyyətindən bəhs etdik.

09-09
38:40

"Ailədə ata və ananın rolu" I Valideyn saatı #1

"Valideyn saatı" verilişinin ilk buraxılışında "Ailədə ata və ananın rolu" mövzusunun müzakirəsi zamanı uşağın formalaşmasından, bu prosesdə valideynlərin balanslı rolundan, uşaqlarda daxili hörmətin yaradılmasından və digər maraqlı məqamlardan bəhs etdik.

09-08
37:25

"Habil müəllimin ifa etdiyi bütün muğamlar bir çox kamança ifaçıları üçün böyük bir məktəbdir"

"Sənətin səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, kamança ifaçısı Elnur Əhmədov ilə Azərbaycan Xalq artisti, görkəmli kaman ustası Habil Əliyevin zəngin yaradıcılığından, onunla başlayan yaradıcılıq yolundan bəhs etdik. Onun kaman sənətinə verdiyi əvəzsiz töhfələrdən, sənətkar kimi yetişdirdiyi nəsillərdən, milli musiqimizin təbliğindəki misilsiz rolundan danışdıq. Eyni zamanda, ustadla bağlı xatirələri yada saldıq.

09-08
33:52

Sosial şəbəkələrdəki dezinformasiyalara qarşı necə mübarizə aparaq? I Səhərin Dalğası #6

"Səhərin Dalğası" verilişində qonağımız olan jurnalist, AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov ilə sosial şəbəkələrdəki dezinformasiyalardan, bu dezinformasiyalarla mübarizə üsullarından, "fake" xəbər başlıqlarından, media və informasiya "gigiyena"larından, informasiya tələlərinə düşməmək üçün diqqət etməli olduğumuz məqamlardan bəhs etdik.

09-08
33:12

"Mən mahnı bəstələyərkən ifaçının da fikrini nəzərə alıram"

"Sənətin səsi" verilişinin buraxılışında bəstəkar Aynur Adilqızı və müğənni Samirə Rəcəbli ilə peşəkar bəstəkarlardan, Aynur Adilqızının  bəstələrindən, Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynov ilə birgə olan yeni mahnısından və digər maraqlı məqamlardan bəhs etdik.

09-05
29:45

Birinci sinifə gedən uşaqların məktəbə adaptasiyası necə aparılmalıdır? I Səhərin Dalğası #5

"Səhərin Dalğası" verilişində qonağımız olan klinik psixoloq Tamilla Süleymanova ilə azyaşlı uşaqların məktəblərə adaptasiyasından, adaptasiya prosesində valideynlərin rolundan, məktəblilərə göstərilən psixoloji xidmətdən və adaptasiya prosesində yol verilən ümumi səhvlərdən danışdıq.

09-05
33:12

Taksi fəaliyyətində xidmət keyfiyyəti sizi qane edirmi? I Səhərin Dalğası #4

"Səhərin Dalğası" verilişində qonağımız olan nəqliyyat məsələləri üzrə mütəxəssis Anar Şükürov ilə taksi xidmətlərinin keyfiyyətindən, taksi sürücüləri ilə müştərilər arasındakı mübahisələrdən, taksilərdəki ödəniş sistemlərindən, qiymətlərin gündəlik dəyişmə səbəblərindən və sürücülər üçün keçirilən təlimlərdən danışdıq.

09-04
33:12

"Birlikdə daha bir duetimiz olacaq"

"Sənətin səsi" verilişinin buraxılışında müğənni Leyla Həmzəliyeva və müğənni Xasay Şıxıyev ilə sənət yollarının kəsişməsindən, birlikdə etmiş olduqları duetdən, peşəkar bəstəkarlarımızdan, gələcək planlarından və digər maraqlı məqamlardan bəhs etdik.

09-04
29:47

"Təkcə Azərbaycanda 200-dən çox yallı rəqsimiz var"

"Sənətin səsi" verilişinin buraxılışında BMA-nın elmi işçisi, tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmanlı ilə Azərbaycanın qədim rəqs havalarından, 40 ildən çox olan sənət yolundan, mənimsənən yallılarımızdan, rəqslərimizin janrlarından və digər maraqlı məqamlardan bəhs etdik.

09-03
39:35

Kirayə mənzil mədəniyyətinin formalaşmamasının səbəbləri nələrdir? I Səhərin Dalğası #3

"Səhərin Dalğası" verilişində qonağımız olan daşınmaz əmlakın qiymətləndirilməsi və satışı üzrə ekspert Şaiq Əliyev ilə mənzillərimizdəki kirayə mədəniyyətindən, kirayə müqaviləsindən, mənzillərdəki qiymət artımlarından, bahalı və ucuz mənzillərin əlçatanlıq səviyyəsindən bəhs etdik.

09-03
31:04

"Teatr mədəni istirahətdir"

"Sənətin səsi" verilişinin buraxılışını Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Məsmə Aslanqızı ilə teatr aktrisalığından, uşaqlar üçün olan tövsiyələrindən,  Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının Xalq artisti , Prezident təqaüdçüsü olan Səidə Quliyeva ilə birgə olan sənət yolundan, yeni başlayacaq olan serialından və dublaj sənətinin çətinliklərindən bəhs etdik.

09-02
37:56

Recommend Channels