DiscoverPLANET FM
PLANET FM
Claim Ownership

PLANET FM

Author: PLANET FM

Subscribed: 29Played: 803
Share

Description

Elm və Kosmosu daha yaxın etdik!
1230 Episodes
Reverse
"Mədəni insanın 5 əsas göstəricisi var""İnsanın ağlı, qəlbi və əməyi nəticəsində yaranan hər şey mədəniyyətdir""Mədəniyyətin formalaşmasında mühitin önəmi böyükdür""Hər kəs sistemli kulturoloji təfəkkürə yiyələnməlidir""Mədəniyyət bilikdən başlayır""Kulturologiya bütün sosial və humantiar elmlərin inteqrasiyasıdır"Qonağımız kulturoloq, tarix elmləri doktoru Fuad Məmmədov oldu.
"Yaponlar dəqiq və intizamlıdırlar”“Yaponiyaya viza almaq asandır”“Ən çox məbəd olan şəhər Kiotodur”"Yaponlar bu tarixi Kiotonun bombalanmaması kimi qeyd edir" “Yaponiyada "matcha" populyardır”“Yapon fəlsəfəsinə əsasən, insan eqosunu aşmalıdır ki, həyatı anlasın”“Onlar restoranlarda çaypulu qəbul etməyi xoş qarşılamırlar”Qonağımız radio aparıcı Raqif Raufoğlu oldu
"Dünyada nadir elmlərdən biridir ki, həvəskarlar bu sahəyə böyük töhfə verir""Hər planetin ən yaxşı müşahidə vaxtı var""Venera Günəş sisteminin cəhənnəmidir"Saturnu aydın səmada adi gözlə görmək mümkündürmü? "Əvvəllər Abşeron ərazisindən belə Süd yolunu müşahidə edə bilirdik"Dinozavrları məhv edən asteroid kimi bir obyektin yenidən Yerə düşmə ehtimalı nə qədərdir?"Başqa sistemlərdə adətən ən ağır planetlər ən yaxın planetlər olur""Supernova hadisəsini müşahidə etmək istəyərəm" Qonağımız Həvəskar Astronomlar Cəmiyyətinin sədri Faiq Nağıyev oldu.
"Pekində əylənmək üçün yerlər yoxdur""Çinlilər ingiliscə danışa bilmirlər, ona görə də turistlərlə ünsiyyət üçün xüsusi cihazlardan istifadə edirlər""Çində istirahət, alış-veriş və əyləncə üçün ən yaxşı şəhər Şanxaydır""Çinlilər çox mehriban və yardımsevərdirlər""VPN-siz heç bir yerdə internet işləmir""Onların yaşlarının çox olmağından asılı olmayaraq çox cavan görünürlər""Orada cavanlar TikTok-dan istifadə edərək pul qazanırlar""Küçədə milli geyimlərdə gəzərək turistlərlə ödəniş əsasında şəkillər çəkirdilər"Qonağımız səyahətçi Sofiya Ağazadə oldu.
"Savadlı olmaq üçün təhsil önəmlidir""Məktəb cəmiyyətin intellektual, mədəni inkişafını təmin edir""Azərbaycan cəmiyyətinin savadlı olması xalqın genetik yaddaşı ilə də bağlıdır""Azərbyacanda təhsilin elə bir pilləsi yoxdur ki, ora diqqət ayrılmasın""Hər bir vətəndaş öz dilini bilməlidir""Bu ildən 5 və 6-cı siniflərdə Azərbaycan tarixi bütün məktəblərdə Azərbaycan dilində tədris olunacaq"Qonağımız Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti İlqar Orucov oldu.
"Onlar ingilis dilini mükəmməl bilirlər, çünki məqsədləri turistləri "ovlamaqdır""Afrikada ən xoşbəxt anım təsadüfən daxil olduğum məktəblə bağlı oldu""Deyilənlərin əksinə, Tanzaniyada heç bir təhlükə ilə qarşılaşmadım""Hansı qəbiləyə getdiyindən asılı olmayaraq qəbilə başçısına ödəniş etməlisən""Dünyada qalan sonuncu ovçu qəbilə ilə birlikdə ov etdik""Onların hər bir heyvan üçün fərqli oxları var""Nqoronqoroya gedəndə yolu keçən aslanları da görə bilərsiniz" Qonağımız səyahətçi, videoqraf Orxan Rəhmanlı oldu.
“Planeti kəşf edək” rubrikasının qonağı səyahətçi Günel Fərhadlı oldu.
“Planeti kəşf edək” rubrikasında bu dəfə Sinqapuru kəşf etdik. Qonağımız turizmçi Vüqar Quliyevlə bu ölkənin modern görünüşü, yüksək texnologiyası və multikultural həyat tərzi haqqında danışdıq. Sinqapurda bir küçədə həm Çin Yeni ili, həm Hind festivalları, həm də Malay adətləri ilə tanış olmaq mümkündür. Bütün bunlarla yanaşı şəhərdəki qadağalardan, mövcud olan nizam-intizamdan və dadlı, rəngarəng Sinqapur mətbəxindən də bəhs etdik.
"Planeti kəşf edək" rubrikasında bu dəfə qonağımız Everesti fəth edən ilk azərbaycanlı qadın, alpinist Vəfa Kahraman oldu. Onunla Çiliyə olan səyahətinin təəssüratlarından, And dağlarında keçirdiyi hisslərdən, Atakama səhrasının unudulmaz mənzərəsindən danışdıq.
"Planeti kəşf edək" rubrikasında qonağımız bloqer Vəfa Salmanova Çinə vizasız keçid edən ilk azərbaycan vətəndaşı kimi təəssüratlarını bizimlə bölüşdü. O, sərhəddə iyulun 16-sı vizasız rejimin qüvvəyə minməsini gözlədikləri anlardan, Çinlə ilk tanışlıq təəssüratlarından və bu ölkənin maraqlı tərəflərindən danışdı. Əgər siz də Çinə səyahət etməyi planlaşdırırsınızsa, verilişimizi dinləyərək faydalana bilərsiniz.
"Baku Electro" səhər şousunun qonaqları EDDE Global xaricdə təhsil şirkətinin rəhbəri Miryusif Cavadzadə, İstinye Universiteti nin beynəlxalq əlaqələr şöbəsinin müdiri İsmail ÇİFTÇİ və Beynəlxalq əlaqələr üzrə ekspert Öykü Yıldız oldular.
"Yaşıl Ulduz" verilişinin növbəti qonağı müğənni Ayaz Babayev oldu.
“Planeti Kəşf edək” rubrikasında bu dəfə səyahətçi Leyla Kitayeva ilə İspaniya səyahətindən danışdıq. Barselonanın gözəlliklərindən, tarixi küçələrindən, rəngarəng mətbəxindən danışdıq. İspaniyanın görülməli kəndlərindən söhbət açdıq.
“Planeti Kəşf edək” rubrikamızın bugünkü qonağı səyahətçi Türkan Qurbanova oldu. Onunla Şri-Lankanın füsunkar təbiətindən tutmuş qədim budda məbədlərinə, unikal mətbəxindən çay plantasiyalarına qədər bir çox maraqlı mövzulardan danışdıq. Səyahət planlaşdıranlar və yeni mədəniyyətlərə marağı olanlar üçün faydalı məlumatlar var.
"Planeti Kəşf Edək" rubrikasının növbəti buraxılışında qonağımız səyahətçi Fəxri Məmmədli oldu. Onunla Kanadaya səyahət üçün viza alma prosesinin necə baş tutduğundan, Torontonun turistləri cəlb edən məkanları və dünya möcüzələrindən biri sayılan Niaqara şəlaləsi haqqında ətraflı müzakirə etdik. Verilişimiz Kanada səyahəti planlaşdıranlar üçün həm motivasiyaverici, həm də praktik məlumatlarla doludur.
"Zaman Maşını" verilişimizin növbəti qonağı STM-in əməkdaşı, təhsil eksperti Elmin Nuri oldu.  Danışılan mövzular: -Düzgün ixtisas seçiminin vacibliyi; - Peşə təhsili ilə mütəxəssis olmaq mümkündürmü? - Abituriyent və valideynlərin ixtisas seçimi zamanı qərarsızlıq səbəbləri ;- Yaşıl iqtisadiyyat üçün kadr hazırlığının əhəmiyyəti
"Arzu etdiyiniz hər şey Monteneqroda var""Qənaət etmək üçün "apartman tipli" hotellərdə qalmaq olar""Onlayn taksi xidməti olmayan ölkələrdə qiymətlə bağlı çətinliyim olub""Əgər dənizə getmək istəyirsinizsə, seçiminiz Budva olsun""Monteneqronun yolları çox qəlizdir"Qonağımız səyahətçi Hökümə Abbasova oldu.
"Zaman Maşını" verilişinin bugünkü qonağı “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, ekoloq Elman Cəfərli oldu. Verilişdə "yaşıl dünya" üçün maarifləndirmə tədbirləri, məktəblərdə ekologiya fənninin tədrisinin vacibliyi və küçə heyvanlarının ekosistemdəki rolu haqqında ətraflı danışdıq.
"İngiltərəyə viza almaq çox çətindir""Əgər İngiltərəyə səyahət edəcəksinizsə, mütləq gedəcəyiniz şəhərlərə biletləri əvvəlcədən alın""Ən münasib nəqliyyat sistemi avtobusdur""İngiltərədə ən çətin ingilis ləhcəsi Liverpuldadır""Mən "sorry" sözünün bu qədər istifadə edildiyi ikinci bir ölkə görməmişəm"Qonağımız İngiltərədə yaşayan səyahətçi Sevil Baxşıyeva oldu.
"Səyahət zamanı rəsmi olmayan açıq "Wi-Fi"lara qoşulmaq sizi kiberdələduzluğa məruz qoya bilər" Xarici nömrədən gələn zənglərə qarşı nə edə bilərik?"Mütləq ikili təsdiqləmə kodlarından istifadə etmək lazımdır"Uşaq və yeniyetmələri təhlükəli saytlardan, oyunlardan necə qorumalıyıq?Süni intellektin kibertəhlükəsizlik məsələsinə mənfi və müsbət təsiri nələrdir?Qonağımız Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və Tədqiqat sektorunun böyük məsləhətçisi Fariz Ələsgərov  oldu.
loading
Comments (1)

Tabriz Yusifli

mən rusiyada yaşayıram. burada bir xanım var onun adı "investisiya " idi

Dec 6th
Reply