Claim Ownership

Author:

Subscribed: 0Played: 0
Share

Description

 Episodes
Reverse
Heyvanların ölü bədənlərini necə istifadə edəcəyimizi öyrəndiyimiz kimi qəzəbi də necə idarə edəcəyimizi öyrəndik.Yara-bərədir,dəyişimdir demişkən sağ qaldıq və böyüdük deyə ancaq lordun nitqi ilə queer veganlar epizoduna başlayırıq.Epizodun qonağı isə Turanadır.
Kuir makiyaj bloggeri

Kuir makiyaj bloggeri

2021-10-2326:25

Makiyaj ilk olaraq gözlərə çəkilən sürmə kimi olmağa başlayır, daha sonra fərqli formalarda fərqli mədəniyyətlərə assossasiya edir və bəzi insanların, performansların, məkanların əvəzolunmaz hissəsinə çevrilir. Bir çox mövzuda olduğu kimi makiyaj və ya makiyaj etmək, makiyaj işi, salonları da Azərbaycanda stereotiplərlə varlığını qoruyur. Bu gün kuir kimlik və makiyaj, kuir makiyaj bloggerliyi haqda danışacağımız epizodun qonağı Emiliandır.
Təhsil sistemində kuirlərin görünürlüyü necədir? Məktəb və universitetlərdə var olma mübarizəmiz və ayrı-seçkiliklər haqda danışdığımız epizodun qonağı Dənizdir.
İnsanlar içərisində bi+lər birbaşa olaraq homoseksual və ya heteroseksual olaraq təqdim edilərkən bir çoxlarımız insanların biseksual olacağı ehtimalını da düşünmürük. Məcburi heteroseksuallığın və monoseksizmin insanları çərçivələdiyi bir dövrdə bundan çətinlik çəkən icmalardan biri də bi+lərdir. Bi+ siyasəti yetəri qədər aktiv deyil, biseksuallıq aktivizm panelində yetəri qədər danışılmır, material və müzakirələr hazırlanmır. Monoseksizmin patriarxiya və heteroseksizmlə zəncir kimi bağlı olduğunu danışdığımız epizodun qonağı Linadır.
Kuir miqrasiyası

Kuir miqrasiyası

2021-09-2829:41

Növbəti epizod "Kuir miqrasiyası"-dır. "Haçan miqrasiya edə bilərik?", "Sığınacaq və hüquq işləri necədir?", "Getdiyimiz yerdə kuirfobiya görə bilərik?" kimi suallarınız varsa, qulaqlarınızı açın, kuir miqrant olmaq və miqrasiya haqda danışdığımız seriyanın qonağı Rəvan Nəsimidir.
Slut-shaiming nədir? Kim slut-shaming edir və kimlər məruz qalır? Bu mövzular haqda danışdığımız seriyanın qonağı Nərmindir. Epizod boyu harada və necə "qəhbə", "petux", "pozğun" kimi damğalanmağa məruz qaldığımız, ifadələrin iqtidarını öldürmək, dolayı və birbaşa yolla olunan qəhbə ayıblama (yaxud da slut-shaming) barəsində danışmışıq.
 İnstitusional transfobiya nədir? Trans icmaları nə üçün görünür ola bilmir? suallarını müzakirə edəcəyimiz epizodun qonağı Vüsalədir. Seriya boyu Azərbaycanda trans icmalarının üzləşdiyi problemlərdən bəzilərini, səbəbləri və LGBTİQ+ icmasına qarşı olan dövlət, polis basğıları, transfob məkanlar, son illərdə bloqqer və jurnalistlərin adı ilə olunan hücumlar haqda danışmışıq.
Salaam, a dostlar!

Salaam, a dostlar!

2021-09-1400:42

Podkastın girşi üçün subtitr: Salam, millət. Podkast seriyasına başlamadan əvvəl kiçik bir tanışlıq etmək istəyirəm. Mən özümü biləndən bəri ən üzdəniraq mövzularda danışmaq, fikir mübadiləsi etmək marağımda olub. Bir müddətdir ki, daimi olaraq queer-feminist podkastları dinləyirdim, nəhayətində özüm də başlamaq qərarına gəldim. İlk cəhtimdir deyə azca həyacanlı və təcrübəsiz ola bilərəm, lakin ilərləyən dəqiqələrdə bir-birimizə tam öyrəşəcəyimizə əminəm.   Onda seks, seksuallıq, seksual həzz və sağlamlıq, aktivizm, gündəmimizə oturan və ya oturmalı olan havadan-sudan qeybət yaxud da kefimizə düşən temalarda mövzuların öznələri ilə danışacağımız "Qıy vaar!" queer-feminist podkast seriyasına xoş gəlibsiniz.
Comments 
Download from Google Play
Download from App Store