Discover
Səma Abiyeva -nın podkastı

24 Episodes
Reverse
Bu dəfə #Qırmızıcüzdan -da uşaqlara cibxərcindən danışdıq. Uşaqlara nə qədər pul vermək lazımdır, uşaqların xərclərinə necə nəzarət olunmalıdır, uşaqlar ümumiyyətlə pul verilməlidirmi kimi suallara cavab axtardıq.
Bu dəfə #ayıbolmasın podkastında dietoloq, nutrisoloq Maya Vahidzadə ilə qəbul etdiyimiz qidaların #seksualhəyat -a təsirindən danışdıq. Nələr bizi güclü, nələr zəif edir, pivə içmək ziyandırmı, libido, seksual həyata yaxşı təsir edən hansı qidalar var. Videonu izləyib, şərh yazıb və bölüşməyi də unutmayın.
Bu dəfə tetaçı Aysel Allahverdiyeva ilə #Qırmızıcüzdan -da pula olan münasibıətimizdən danışırıq. Niyə kasıb kimi düşünürük? Pula münasibətimizi necə dəyişək? Pula olan mental münasibətimiz nədir?
Bu dəfə sizə dişlərin estetikasından, dişlərin üz estetikasına təsirindən, diş həkiminə pul xərcləməkdən danışacayıq. Qonağımız stomatoloq Bəxtiyar Əliyevdir.
Bu dəfə #Ayıbolmasın podkast seriyasında anonim izləyicimizin etiraflarını eşidəcəyik. #toygecəsi travmaları, onun fəsadları, travmanın terapiyası haqqında bu prodkastda danışdıq.
Bu dəfə #özünəyaxşıbax podkastına şəkərdən danışırıq. Uzun illərdir ki, rafinə edilımiş şəkərdən uzağam. Bu mövzunu dietoloq, nuricioloq Maya Vahabzadə ilə müzakirə etdim.Siz şəkərdən imtina etməyi düşünürsüz? Niyə imtina etmirsiniz? Fikirlərinizi şərhlərdə mütləq yazın.Videonu bəyənməyi və paylaşmağı unutmayın.
#Ayıbolmasın podkastında bu dəfə uzun müddətdir ki, Avropada yaşayan Səbinə Rəhimova ilə #Avropadaseks -dən danışdıq. Bizim onlar haqında bilmədiklərimiz, düz bildiyimiz yanlışlar, miflər və seksual maarifləndirmədən bəhs etdik.
Bu dəfə sizinlə #Cüzdan -da investisiyadan danışırıq. İnvestitsiya nədir? Doğru investitsiyanı necə etməliyik? İnvestitsiya haqqında nələri bilməliyik?
"Ayıb olmasın" podkast seriyasında bu dəfə yeniyetmələrin masturbasiyasından bəhs etdik.
"Ayıb olmasın" podkast seriyasını davam etdiririk. Bu dəfə seks terapist Şəbnəm Sadıxova ilə cinsi istəksizlikdən danışdıq. Cionsi istəksizliyin səbəbi nədir, qadın nə üçün cinsi istəksizlik yaşayır bu sualların cavabını axtarmağa çalışdıq.
Bu dəfə #Ayıbolmasın podkastımızda bir çoxlarını narahat edən, həyatını əziyyətə çevirən və travmalar yaşadan bəkarət pərdəsinindən danışırıq. Belə bir şey varmı? Bunu tələb etmək doğrudurmu? Qonağımız həkim ginekoloq Günel Ziyadova-dır.
Bu podkastımda maliyyə məsləhətçisi Nisə Əsgərli ilə evdə pul yığmağın üsularından danışdıq.
Bu dəfə Cüzdan podkastı ilə maliyyə savadlılığına satart veririk. Mən özüm də sizinlə bərabər pul yığmağın sirrlərini öyrənəcəm. İlk buraxılış pul yığmağın sadə qaydalarına həsr edilib.
Bu dəfə su içməkdən danışdıq. Niyə su içməliyik? Su içməklə arıqlamaq mümkündür? Suyu necə içməli?
Bu dəfə hüquqşünas Xalisə Şahverdi ilə pulun qadınlarda yaratdığı dəyərdən danışacayıq. Qadınların aldığı əmək haqqının az olma səbəbi. Qadınların işləməyib pul qazana bilməmələri və pulla davranış qayadalarına toxunduğumuz bu mövzuda siz də fikirlərinizi bölüşə bilərsiniz.
Bu dəfə #Ayıbolmasın podkastında uşaqlarda cinsi tərbiyədən banışırıq. Psixoterapevt Maarif Məmmədovla uşaq yaşlarında, yeniyetməlikdə münasibətlər, davranışlar, cinsi tərbiyənin şəxsiyyətin formalaşmasında rolundan söhbət edirik. Siz də fikirlərinizi şərhlərdə qeyd edin.
Bu dəfə maliyyə məsləhətçisi Nisə Əsgərli ilə pulumuzu necə yönləndirək bu haqda danışdıq. Siz pullarınızı necə yönləndirirsiniz? Pulunuzu yönləndirə bilirsinizmi?
Bu dəfə həkim Maya Vahidzadə ilə qidalanmadan danışdıq. İdman qidalnamsı necə olamlıdır? Prorein tozları ziyandırmı? Veqanlar və vegeterianların qidalanması zamanı nələri nəzərə almalıdırlar?Siz də fikirlərinizi mütləq yazın.
Bu dəfə #Ayıbolmasın podkast seriyasında #orqazm -dan danışırıq. Orqazm nədir? Hansı formaları var? Orqazmsız seks olurmu? Bununla bağlı qonağımız seksoloq Şəbnəm Sadıqova ilə fikir mübadiləsi aparırıq. Siz də podkastımız xoşunuza gəlirsə 5ulduz verməyi və rəy yazmağı unutmayın.
Comments