DiscoverSafe Talks
Safe Talks
Claim Ownership

Safe Talks

Author: Azerbaijan Industrial Safety Association

Subscribed: 1Played: 3
Share

Description

“Safe Talks” – təhlükəsizliyin müzakirə meydanı! 

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının təhlükəsizlik sahəsində maarifləndirməni yeni müstəviyə daşıyan podkast layihəsini təqdim edirik. 

Bu layihədə sənaye təhlükəsizliyi üzrə qabaqcıl təcrübələri, aktual çağırışları və strateji yanaşmaları sahənin peşəkarlarından dinləyəcəksiniz.

7 Episodes
Reverse
“SafeTalks” layihəsinin 7-ci buraxılışının qonağı “BOS Shelf” şirkətinin Korporativ SƏTƏMM meneceri Anar Qarayev offshore əməliyyatlarda risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi mexanizmləri, təhlükəsizlik idarəetməsinin əməliyyat proseslərinə inteqrasiyası haqqında fikirlərini bölüşür.
“SafeTalks” layihəsinin 6-cı buraxılışında qonağımız Emil Manafov “Sənaye mühitində nəsillərarası fərqlər və təhlükəsizlik yanaşmaları” mövzusunda fikirlərini bölüşür. Bu buraxılışda sənaye sektorunda nəsillərarası fərqlərin təhlükəsizlik mədəniyyətinə, idarəetmə tərzinə və iş mühitinin effektivliyinə təsiri peşəkar aspektdən təhlil olunur. Fərqli nəsillərin əmək mühitinə və təhlükəsizlik dəyərlərinə yanaşmaları haqqında maraqlı müzakirəni qaçırmayın.
5-ci epizodda qonağımız Amil Calalov ilə ətraf mühitin idarəedilmə sisteminin Azərbaycandakı mövcud vəziyyəti və reallıqları barədə danışırıq. Söhbət zamanı həm dövlət, həm də özəl sektorun bu sahədəki rolu, mövcud problemlər və perspektivlər müzakirə olunur. Bu epizodda ekoloji idarəetmənin gündəlik həyatımıza təsirləri və gələcək inkişaf imkanları barədə söhbətlər sizi gözləyir.
“Safe Talks” layihəsinin 4-cü buraxılışı texnologiya və innovasiyaların sənaye təhlükəsizliyində rolu mövzusuna həsr olunub. Bu dəfə qonağımız Arda Ozkiyici, təhlükəsizlik sahəsində müasir texnologiyaların tətbiqi, innovativ həllərin gətirdiyi üstünlüklər və gələcək perspektivlər barədə dəyərli baxışlarını paylaşacaq.
3-cü bölümdə Eldəniz Əmirov ilə sənaye təhlükəsizliyi ilə iqtisadiyyat arasındakı balansın necə qurulduğunu və bu iki prioritetin hansı hallarda bir-birinə zidd getdiyini danışacağıq. Müasir iqtisadi inkişaf modeli təhlükəsizliyi nə qədər nəzərə alır? Praktik nümunələrlə bu balansın mümkün olub-olmadığını müzakirə edəcəyik.
loading
Comments