DiscoverLawBlog.az
LawBlog.az

LawBlog.az

Author: Briefly: the Law

Subscribed: 8Played: 201
Share

Description

Azərbaycanca hüquq podkastı
5 Episodes
Reverse
Halle Vittenberq Universitetində hüquq üzrə Ph.D. araşdırmaçısı olan Turxan İsmayılzadə ilə qonağımızın əsas araşdırma mövzusu olan süni intellektin bağladığı müqavilələrdə əhəmiyyətli yanılma məsələsi (00:43), süni intellektin mülki hüquq subyektliyi (03:03) və hüquqi məsuliyyəti (06:44), texnoloji yeniliklərin hüquq sistemlərinə hazırkı təsiri və gələcəkdəki təsirləri (15:00), ümumi və kontinental hüquq sistemləri baxımından ağıllı (smart) müqavilələrin hüquqi qüvvəsi (20:21), Azərbaycanda və dünyada sənədləşmələr üzrə blokchain texnologiyasının tətbiqi (25:16) və ölkədə hüququn müasir texnoloji yeniliklərə uyğun olmasını təmin etmək üçün atılmalı addımlar (31:39) haqqında danışmışıq.
Növbəti podkastımızın qonağı Almaniyanın Halle Vittenberq Universitetinin professoru Azər Əliyevdir. Azər müəllimlə hüquqda daşınmaz əmlaka fərqli yanaşmanın əsas səbəbləri (00:35), daşınmaz əmlaka dair hüquqların tanınmasında müxtəlif ölkələrin təcrübələri (03:13), bununla bağlı milli hüquqdakı yanaşma və yaranan problemlər (08:49) haqqında müzakirə aparmışıq.
Növbəti podkastımızın qonağı Kapital Bankın Korporativ Hüquq şöbəsinin rəisi Arif Mehdiyevdir. Qonağımızla hüquqşünas üçün lazımi soft skill-lər (00:25), hüquq tələbələrinin soft skill-lərinin inkişafında hüquq fakültərinin rolu (01:52), hüquqşünasların soft skill-lərini inkişaf etdirmələri üçün ən uyğun sahələr (05:15, 24:48), soft skill-lərin təkmilləşdirilməsi müddəti və zamanı (09:00), soft skill-lərin inkişafında rəhbər şəxslərin rolu (11:56), “işlərin deleqasiyası” soft skill qismində (14:34) və soft skill-lərin vəzifə artımında rolu (18:27) barədə müzakirə aparmışıq.
İlk podkastın davamı olaraq bu dəfəki podkastımızda ADA Hüquq proqramının direktoru Rəşad İbadovla hüquq təhsilində hüquqi təfsirə yanaşma (00:27), ADA Hüquq proqramını yaradarkən qarşıya qoyulmuş məqsədlər (08:28) və məhkəmə müsabiqələrində iştirak kimi tədrisdənkənar fəaliyyətlərə necə yer verildiyi (19:19) haqqında danışmışıq.
İlk podkastımızın qonağı ADA Universiteti Hüquq proqramının direktoru Rəşad İbadovdur. Qonağımızla bu podkastda dünyada və ölkəmizdə hüquq təhsilinin vəziyyəti (00:37-10:20), hüquq və texnologiya kimi trendlərin hüquq təhsilində nəzərə alınması (10:21-19:41) və Almaniya və digər hüquq məktəblərindən faydalana biləcəyimiz praktikalar (19:42-30:00) barədə danışmışıq.
Comments 
Download from Google Play
Download from App Store