DiscoverAvto FM 107.7
Avto FM 107.7
Claim Ownership

Avto FM 107.7

Author: Avto FM 107.7

Subscribed: 32Played: 3,721
Share

Description

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
2492 Episodes
Reverse
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Beko-nun Strateji Müştərilər üzrə Meneceri İlkin Mammadov oldu. Veriliş zamanı Qadın Liderləri Zirvəsi görüşündən, biznes qurma ideayasından və bu yola necə başlamasından, akademiyanın fəaliyyətindən və digər maraqlı mövzulardan bəhs etdik.
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin qaydaları bilərəkdən pozma səbəbləri, telefon asılılığının yaratdığı təhlükələr, yol mədəniyyətinin formalaşdırılması yolları və qəzaların qarşısını alan ən vacib davranış qaydaları ətrafında danışdıq.
"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə Çin avtomobillərinin qlobal bazarda sürətlə yüksəlişi, texnoloji innovasiyalardakı irəliləyişləri və batareya sahəsində qazandıqları üstünlük, eləcə də servis xidmətlərinin səviyyəsi, ehtiyat hissələrinin əlçatanlığı və təhlükəsizlik standartları haqqında müzakirə apardıq.
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı “Baku Design Academy”nin təsisçisi Aysel Gülməmmədova oldu. Veriliş zamanı Qadın Liderləri Zirvəsi görüşündən, biznes qurma ideayasından və bu yola necə başlamasından, akademiyanın fəaliyyətindən və digər maraqlı mövzulardan bəhs etdik.
"Qaydaları Pozma" verilişində psixoloq Fərqanə Mehmanqızı ilə birlikdə sükan arxasındakı aqressiyanın səbəbləri, sürücü davranışının xarakterlə əlaqəsi, tıxac stresinin psixoloji fəsadları, yol mübahisələrindən qaçmaq və emosiyaları idarə edərək mədəni sürücü olmağın yolları haqqında danışdıq.
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova oldu. Veriliş zamanı qədim Novruz adət-ənənələrindən, "qara bayram" adlandırılan çərşənbədən, bayram fallarından və digər maraqlı mövzulardan bəhs etdik.
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə piyada qəzalarının artmasının səbəbləri, sürət həddinin aşılması, sürücü diqqətsizliyi, piyadaların yol hərəkəti qaydalarını pozması, hadisələrin daha çox baş verdiyi nizamlanmayan piyada keçidləri və magistral yollar, eləcə də qaydanı pozan tərəfləri gözləyən inzibati cərimələr barədə danışdıq.
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Müğənni Mərdan Kazımov, Brend imicinin idarəedilməsi şöbəsinin müdiri Nəzrin Əliyeva oldu. Veriliş zamanı Obanın 10 illiyi üçün Mərdan Kazımovla olan əməkdaşlığından, bu əməkdaşlıqdan yaranan reklamın insanlarda hansı təəssüratı yaratdığından, Obanın gələcək məqsədi və əhəmiyyəti haqqında ətraflı müzakirə apardıq.
Bu dəfə “Bir Avto” verilişimizin qonağı "Radius" Avtomobil Təkər Mərkəzinin təlim meneceri Cavid Allahverdiyev oldu. Veriliş zamanı şin müayinəsinin növlərindən, şinlərin şişməsinin səbəblərindən, "yaxşı təkər" anlayışından və digər maraqlı mövzulardan bəhs etdik.
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı həkim- genetik Dr.Əmirli Günay oldu. Veriliş zamanı genetik həkim niyə vacibdir, ən çox yayılan genetik xəstəliklər, qohum evliliklərinin yaratdığı genetik təhlükələr haqqında ətraflı müzakirə apardıq.
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sol zolağın düzgün istifadəsi, bu zolağın əsassız zəbt edilməsinin səbəbləri, arxadan işıq siqnalı ilə yol tələb etməyin hüquqi tərəfi və qəza riski, sol zolağın "sürətli zolaq" olması ilə bağlı yanlış təsəvvürlər haqqında danışdıq.
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Odlar Yurdu Universitetin dosenti, "Irrigation.az" MMC - nin təsisçisi İbadov Fuad oldu. Veriliş zamanı qlobal su böhranından, su ehtiyatlarının səmərəli istifadəsindən, kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqindən, iqlim stansiyalarının gətirdiyi üstünlüklərdən və digər maraqlı mövzulardan bəhs etdik.
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı defektoloq-loqoped Esmira Kazımova oldu. Veriliş zamanı uşaqlardakı danışıq pozğunluğunun əsas səbəblərindən, günümüzdə bu problemlərin artmasından, dəblə ayaqlaşmaq üçün uşaqlarını başqa dildə təhsilə yönəldən valideynlərdən və digər maraqlı mövzulardan bəhs etdik.
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə qəza zamanı zərərin hesablanması qaydaları, bu prosesdə həyata keçirilən addımları, araşdırmanın obyektivliyi və ödənişdən narazı qalınan zaman diqqət yetirilən hüquqi məsələlər müzakirə edildi.
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı aviasiya üzrə ekspert Zöhrab Əliyev oldu. Veriliş zamanı Dubaydan Bakıya həmvətənlilərimizin ölkəyə gətirilməsindən, ölkəyə qayıtmaq üçün nəzərdə tutulmuş yollardan, qısa zamanda təyyarə biletini necə əldə etməli olduqlarından və digər maraqlı mövzulardan bəhs etdik.
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı "Wolt" şirkətinin marketinq meneceri Nərmin Əyyubova oldu. Veriliş zamanı marketinq təhsilindən, "Wolt" şirkətinə məxsus olan maraqlı kampaniyalar və ideyalardan, "öncədən sifariş" ideyasının üstünlüklərindən və digər maraqlı mövzulardan bəhs etdik.
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyevlə birlikdə moped sürücülərinin iştirakı ilə artan qəza statistikası, onların törətdiyi qayda pozuntuları və dəbilqəsiz hərəkətin riskləri fonunda 26 martdan tətbiq ediləcək A1 kateqoriyası və dövlət qeydiyyatı qaydalarının yol hərəkəti təhlükəsizliyini necə artıracağı barədə danışdıq.
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə birlikdə yollarda moped və motosikletlərin iştirakı ilə baş verən qəzalar, onların əsas səbəbləri, yüksək sürət, qoruyucu vasitələrdən imtina və digər sürücülərin diqqətsizliyi barədə danışdıq.
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Biznes strategiyası, liderlik və qlobal bədən dili üzrə ekspert Anar Heydərov oldu. Veriliş zamanı işinin mütəxəssisi olmaqda bədən dilinin önəmindən, effektiv danışmağın yollarından, bədən dili analizindən və digər maraqlı mövzulardan bəhs etdik.
"Qaydaları Pozma" verilişində nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev ilə birlikdə ictimai nəqliyyatda vaxt itkisi və komfort problemləri, intervalların azaldılmasının əhəmiyyəti, avtobus zolaqlarının effektivliyi, təmiz nəqliyyatın psixoloji üstünlükləri, eləcə də mikromobillik infrastrukturunun reallığı məsələlərindən danışıldı.
loading
Comments