
Author:
Subscribed: 0Played: 0Subscribe
Share
Description
Episodes
Reverse
Ürəklərini və qələmlərini Lenin dünyasına ithaf edənləri bu gün necə oxumalı? Müstəqilliyin 30 illik məsafəsindən Azərbaycan sovet ədəbiyyatına nəzər salırıq.
Oktyabr ayında Bakı eyni vaxtda iki rəqib kitab sərgisinə ev sahibliyi etdi. Bu dəfə kitab bayramı ilə inşaat malları sərgisinin fərqlərindən söhbət açırıq.
Ədəbiyyat üzrə 2021-ci ilin Nobel mükafatını əslən Zənzibardan olan britaniyalı yazıçı Əbdülrəzaq Qurna aldı. Nobel prospektində kimlər tıxaca düşüb, kimlərə yaşıl işıq var?
Azərbaycan Yazıçılar Birliyinin nəhs gələn 13-cü qurultayı yeni nə vəd edir? Ədəbi mühitdə çoxdan gözlənilən canlanma, yoxsa yenə sürəkli, davamlı və gurultulu alqışlar?
Azərbaycan ədəbiyyatı 30 illik Qarabağ imtahanından üzüağ çıxa bildimi? Çağdaş bədii ədəbiyyatımızda hərb və sülh mövzusunu dəyərləndiririk.
Aprelin 22-si yazıçı və publisist Seymur Baycanın 45 yaşı tamam olur. Ədəbiyyatımızın canlı klassikini müasirlik katerindən Xəzərə atmalıyıqmı?