DiscoverSözəbaxanlar
Sözəbaxanlar
Claim Ownership

Sözəbaxanlar

Author: Nijat Ahmadli

Subscribed: 31Played: 78
Share

Description

«Sözəbaxanlar»da qonaqlarla birlikdə hamımıza maraqlı mövzuları müzakirə edirik. Tarix, mədəniyyət, cəmiyyət, təhsil, tibb və s. - mövzunu siz də təklif edə bilərsiniz. Hər mövzu üzrə qonaqlarımızın sözünə baxıb, həm düşünəcəyik, həm də maariflənəcəyik.
7 Episodes
Reverse
Şəxsi biznesə başlamaq böyük addım hesab olunur. Gündəlik rejimdə, səhər 9-dan axşam 6-ya kimi işləyənlər üçün isə bu, bəzən əlçatmaz arzu kimi görünür, amma burada hər kəsin nəzərə almalı olduğu başlıca məqam var - qərar. Bu qərarı necə vermək olar? Hansı amillər nəzərə alınmalıdır? Öz işini qurmaq, yoxsa başqası üçün çalışmaq? Bu və digər suallara cavabı qonağımız - sahibkar və biznes konsaltinq üzrə mütəxəssis Bəhmən Hacıyev ilə birgə axtardıq.
Belçika - bu kiçik ölkənin dünyanın ən inkişaf etmiş ölkələrindən biri olmasının səbəbi nədir? İnsanları necədir? Belçikanın mətbəxi və iqlimi , belçikalıların xaricilərə münasibəti haqda qonağımız - Belçikada təhsil almış Rəna Bayramova Nəbiyevanın fikirlərini öyrəndik.
Dünya tarixində ən məşhur dövlət rəhbərlərindən olan Nadir şahın şəxsiyyəti haqda mübahisələr 300 il keçməsinə baxmayaraq, hələ də davam edir. Nadir şahın Azərbaycan tarixində rolu nədən ibarət olub? Onu sərkərdə kimi digərlərindən nə fərqləndirirdi? Nadir şah tariximizin müsbət, ya mənfi qəhrəmanıdır?
Qadın hüquqları nədir? Azərbaycanda qadınlar öz hüquqlarından xəbərdardırlar? 8 Mart gününün əhəmiyyəti nədir? Bu və digər sualları qonağımız müəllim və peşə seçimi eksperti Fidan Nəsirova cavablandıracaq.
Azərbaycan dilində yeni sözlər necə yaranır? Bu sözləri insanlar qəbul edirmi? Bəs dilimizdə inkişaf niyə digər dillərə nisbətən zəif gedir? Azərbaycan dilini gənclərə necə sevdirmək olar? Bu və daha çox suala qonağımız - "Grammar Azi" səhifəsinin idarəedicisi Murad Hüseynovla birgə cavab axtaracağıq.
2020-ci ilin martından tətbiq olunan karantin tədbirləri son illərin ən kütləvi hadisəsi hesab oluna bilər. Bu tədbirlər nə qədər düşünülmüş idi? Faydası, ya zərəri daha çox hiss olundu? Və ən əsası - sərt karantinlə iqtisadiyyatı təhlükəyə atmaq nə dərəcədə doğru idi?
Podkast nədir?

Podkast nədir?

2021-03-0110:07

Podkast dünyada getdikcə məşhurlaşır. Azərbaycanda isə podkast dinləmək istəyənlərin sayı bir o qədər də çox deyil. Bu gün ən məşhur podkastlar daha çox Amerika və Avropa ölkələrində hazırlanır. Biz ilk buraxılışımızda podkastın ölkəmizdə çox da yayılmamasına toxunuruq. Siz də dinləyin və ''Sözəbaxanlar''ı tanıyın.
Comments 
Download from Google Play
Download from App Store