DiscoverTech-week
Tech-week
Claim Ownership

Tech-week

Author: Kamran Hasilovich

Subscribed: 0Played: 2
Share

Description

[AZ] Hər iki həftədən bir ən son innovasiyaları, texnologiya dünyasından yenilikləri, özünəməxsus üslubda və şərhlərlə birlikdə sizlərlə bölüşürük. Həyatımızı formalaşdıran yenilikləri bizdən dinləyin.

[EN] We share recent innovations and updates from the technology world biweekly, bringing you unmatched commentary and ideas with our interpretations and opinions.

Birgə-əməkdaşlıq edək/ For collaboration: kamranhasilov@gmail.com


(c) Bütün hüquqlar qorunur./ All rights reserved.
25 Episodes
Reverse
Salamlar əziz dostlar, bu günkü yeni bölümümüzə, sezon 3-ün son epizodu olan 10-cu epizoda xoş gəlmisiniz. Bu gün haqqında danışacağımız mövzu - proqnoz bazarları, Polymarket və ya Kalshi kimi platformaların geniş yayılması, mərclərin ümumiyyətlə bir çox idman oyunlarının, proseslərin, qərarların, hətta mobil tətbiqlərin qumara çevrilərək, həyatlarımıza daha dərindən sirayət etməyə başlaması haqqında olacaq. Bu kimi proqnoz/mərc bazarlarının tarixindən başlayaraq, onların tənzimlənməsi, qumarlaşma və oyunlaşdırma dalğasının beyinlərimizə olan təsirindən tutun, gələcəkdə bu platformaların hansı yönə təkamül edəcəyinə kimi hər mövzuya toxunmuşuq. Tech-week olaraq bizim bu maarifləndirmə yolumuzda inandığımız o sağlam gələcəyə bizimlə birlikdə addımlamaq üçün, bizə dəstək olmağı, dinlədiklərinizi dostlarınızla, ətrafınızla və ya sosial mediada paylaşaraq onların da bu müzakirələrdən faydalanmağına tövhə verməyi unutmayın. Bizim hədəfimizə çox kömək etmiş olarsınız. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı da unutmayın.Son bölümü YouTube-da izlə:  https://www.youtube.com/watch?v=vbIDWIh4n9Q
 Əziz Tech-week dinləyiciləri, bu yeni bölümümüzə xoş gəlmisiniz! Bu gün günlərdən epizod 9, sezon 3. Ümidvarıq ki, bölümlərimizi yaxından izləyirsiniz və seçdiyimiz mövzular sizə maraqlı gəlir, bizləri maraqla dinləyirsiniz. Bu gün ələ aldığımız mövzu süni intellektin və onun gətirdiyi yeni alətlərin, proqramların iş yükünü azaldıb azaltmadığı ilə bağlı oldu. Güncəl araşdırmalar, ən son müzakirələr bu mövzu barədə nələr deyir, hal-hazırki Sİ - in potensial qazandıracağı üstünlükləri şirkətlər həqiqi üstünlüyə, həqiqi gəlirə çevirə bilir mi, məhsuldarlığımızda və ya iş yükümüzü azaldaraq bizi ən vacib problemlərə fokuslanmağa sövq edir mi? Bir qədər statistikalarla, faktlarla dolu bir bölüm oldu, amma sizi əmin edirəm ki, heç də sıxıcı bir bölüm olmadı . Tech-week olaraq bizim bu maarifləndirmə yolumuzda inandığımız o sağlam gələcəyə bizimlə birlikdə addımlamaq üçün, bizə dəstək olmağı, dinlədiklərinizi dostlarınızla, ətrafınızla və ya sosial mediada paylaşaraq onların da bu müzakirələrdən faydalanmağına tövhə verməyi unutmayın. Bizim hədəfimizə çox kömək etmiş olarsınız. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı da unutmayın.Son bölümü YouTube-da izlə:  https://www.youtube.com/watch?v=GRZclb2Qc4o
Bu gün günlərdən yenidən Bazardır, və biz yeni epizodumuzla sizlərin qarşısındayıq, əziz dinləyicilər! Bu bölümdə biz Anthropic PBC şirkətinin CEO-su olan Dario Amodei-nin müxtəlif müsahibələrdə bəhs etdiyi və xəbərdarlıq etdiyi mövzularda daha detallı söhbət açmışıq. Dario son iki-üç həftədir ki, istər CBS News-da, istərsə də Economist qəzetinə verdiyi müsahibəsində Süni intellektin risklərinə, bu texnologiyanın bir neçə şirkətin əlində təmərküzləşməsi və hökumətlərin limitsiz əlçatımlılıq istəməsinə, o cümlədən bu son bir neçə təlatümlü aylarda hərbi əməliyyatlarda artıq əhatəli şəkildə istifadəsinə toxunmuşdur. Bu mövzular birbaşa olaraq məsuliyyətin kimdə olması, bu risklərin adaptiv şəkildə idarə olunması və təhlükələrin miqyasını idarə etməyi, cəmiyyətlərə olan qeyri-stabillik riskinin artırması, qərarlar zəncirində insanın payı və önəmi və s. kimi söhbətləri də bərabərində gətirir. Artıq müharibələr və hərbi əməliyyatlar çox xərcli olmayacağı üçün daha da yayıla bilər mi? Bəs ölkələrin mövcud hüquq sistemləri bu yeni, sürətlə inkişaf edən və "boz ərazi"də tətbiqlər tapmaqda davam edən bu güclü Süni intellekt sistemlərinə necə adaptasiya olacaq? Daha da əlçatımlı və günü-gündən güclənən bu texnologiyalar insan övladının mənfi niyyətləri ilə birləşərsə nə baş verə bilər? Gəlin bu mövzularda daha da agah olmaq üçün qulaq asaq, və maariflənək. Tech-week olaraq bizim bu maarifləndirmə yolumuzda inandığımız o sağlam gələcəyə bizimlə birlikdə addımlamaq üçün, bizə dəstək olmağı, dinlədiklərinizi dostlarınızla, ətrafınızla və ya sosial mediada paylaşaraq onların da bu müzakirələrdən faydalanmağına tövhə verməyi unutmayın. Bizim hədəfimizə çox kömək etmiş olarsınız. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı da unutmayın.Son bölümü YouTube-da izlə:  https://www.youtube.com/watch?v=K7vumna8aa4&t
Əziz dinləyicilər, yeni bölümümüzə müəyyən aradan sonra yenidən xoş gəlmisiniz! Bu günkü epizodumuzun əsas mövzusu bu həftə başlamış olan, Mart ayı boyunca da davam edəcək Mark Zukerberqin məhkəmə proseduru və bu prosesin detallarının sosial media haqqında bildiklərimizə, bu platformanın gələcəyinə təsirləri barəsində oldu. Nə üçün Meta özlərinin apardığı akademik araşdırmanın nəticələrini yayımlamaqdan çəkindi? Bu nəhəng şirkətlər yeniyetmələrin və gənclərin öz platformalarından asılı olduqlarını, aludəçi kimi günün əksəriyyətini orada keçirərək dərslərindən, öz sosial həyatlarından və mental sağlamlıqlarından zərər gördüklərini bilirmi? Bəs nə üçün bu barədə kifayət qədər addımlar atılmır? Bəs gənclərin özlərini digərləri ilə müqayisə etməyə məcbur edən "gözəllik filterləri"-nə nə deməli? Bütün bu məhkəmə prosesləri və elmi araşdırmalar, Böyük Tütün şirkətlərinin keçən əsrin sonlarına doğru təcrübə etdiklərinə gətirib çıxara bilər mi? Gələcəkdə hər bir platformaya daxil olarkən üzərində xəbərdarlıq yazısı görə bilərik mi? Bəs 16 yaşdan aşağı uşaqlara bütövlükdə qadağanın gətirilməsi müzakirələri mövzunu haraya doğru aparacaq? Tech-week olaraq bizim bu maarifləndirmə yolumuzda inandığımız o parlaq gələcəyə bizimlə birlikdə addımlamaq üçün, bizə dəstək olmağı, dinlədiklərinizi dostlarınızla, ətrafınızla və ya sağlam bildiyiniz sosial mediada paylaşaraq onların da bu müzakirələrdən faydalanmağına tövhə verməyi unutmayın. Bizim hədəfimizə çox kömək etmiş olarsınız. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı da unutmayın.Son bölümü YouTube-da izlə:  https://www.youtube.com/watch?v=AghmxDPMOLg
Əziz dinləyicilər, hamınıza yeni həftədən salamlar! Epizodumuz texniki səbəblərdən bu dəfə daha gec yayıma girir. Bu gün müzakirəsini etdiyimiz mövzu - keçən həftə gündəmi çalxalayan GrokAI skandalı oldu. Süni İntellektin boşluqlarından "yararlanaraq" insanların müxtəlif gerçək insanların, məşhurların fotolarını götürüb, addım-addım onların çılpaqlaşdıraraq platformanın öz təhlükəsizlik qaydalarına uyğunsuz hala gətirməsi oldu. İllərdir Süni İntellektin bu çatışmazlığını görməzdən gələn, yaxud da bundan agah olmayan şirkətlər və hökümətlər artıq zərəri idarə etmək rejiminə keçid ediblər. Bizim də epizodlarımızda dəfələrlə izah etdiyimiz, Sİ - in bu kimi öncədən görülməz, xaotik tərəflərini daha yaxşı idarə etmək üçün, gələcəyimizi, mənəviyyatımızı, şəxsiyyətimizi və məxfiliyimizi - ən önəmli dəyərlərimizi qoruyaraq irəliləməliyik. Bu arada, bu epizodumuzda yenə bir qədər texniki detallara girərək, təhlükəsizlik sistemlərinin ehtimallara dayanan tərəfini, nə üçün klassifikasiyaların 100%@% işləyə bilmədiyini də izah etmişik. Tech-week olaraq bizim bu maarifləndirmə yolumuzda inandığımız o parlaq gələcəyə bizimlə birlikdə addımlamaq üçün, bizə dəstək olmağı, dinlədiklərinizi dostlarınızla, ətrafınızla və ya sosial mediada paylaşaraq onların da bu müzakirələrdən faydalanmağına tövhə verməyi unutmayın. Bizə çox fayda vermiş olarsınız. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı da unutmayın.Son bölümü YouTube-da izlə:  https://www.youtube.com/watch?v=KV56f5dirQw
Bu gün günlərdən Tech-week günüdür, və sizləri 5-ci epizodumuzun girişindən salamlayırıq! Artıq 2026-cı il gəldi, əksəriyyətimiz yeni il üçün hədəflərimizi qoyduq. Bəzilərimiz daha sağlam həyat tərzi, bəzilərimiz isə proqramlaşdırma və yaxud dil öyrənmək. Digərlərimiz tütün istehlakı kimi zərərli vərdişlərdən qurtulmağa çalışır, kimisi isə zərərli sosial şəbəkə istifadəsini azaltmağı planlaşdırır. Bu gün haqqında bəhsini açdığımız mövzu da elə vərdişlərlə bağlı oldu - necə sağlam vərdişlər qazanmaq olar, pis vərdişlərimizdən qurtulmağın, həyatımıza olan təsirini azaltmağın yolları nələrdir, texnologiyanın gəldiyi bu ən son mərhələdə hansı gerçək həll yolları vəd edir, gələcəkdə bəs hansı məhsulları, alətləri, applikasiyaları görə bilərik? Bütün bunlar maraqlı səslənirsə, bu sezonun ən son bölümünə keçid edərək dinləyə bilərsiniz. Bəs siz öz vərdişlərinizi idarə etmək üçün, hansı üsullardan istifadə edirsiniz? Hansı applikasiyalar ən çox köməyinizə gəlib, bəs Barış Özcanın *zənciri qırma* texnikasını necə, yoxlamısınız? Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın.Son bölümü YouTube-da izlə:  https://www.youtube.com/watch?v=gNN4sOYxq04&t=19s
Yeni bir həftə və yeni bir bölümümüz yenidən yayımdadır! Xoş gəldiniz əziz dinləyicilər, bu gün bu epizodumuzda post-internet dövründə maliyyənin və investisiyaların necə dəyişdiyindən, bu texnologiyanın hansı boşluqları yaratdığından və 'platformalaşdırma' periodunda, hərşeyin platformalara keçdiyi dövrümüzdə necə daha diqqətli yatırım etmək lazımdır, hansı qırmızı bayraqlara diqqət edilməlidir və s. haqqında bəhs etmişik. Bənzər mövzulara əvvəlki bölümlərimizdə müxtəlif aspektlərdən toxunsaq da, mövzunun ciddiliyi, bu "scam"lərə inanan və itkilərlə üzləşənlərin miqyası, və bu haqda maarifləndirmə istəyi bizə motivasiya oldu. Bu epizodumuz əvvəlki epizodlardan bir qədər fərqli olaraq OCCRP adlanan araşdırmaçı jurnalistlərin konsortiumu tərəfindən edilən maraqlı araşdırmaya (məqaləyə) əsaslandı. Onların aşkara çıxardıqları bu detallar, hər birimiz üçün, xüsusən də onlayn yatırım edənlər, bu sahə ilə maraqlanan yeni başlayan investorlar və gələcəyi düşünən insanlar üçün faydalı olacaq deyə ümid edirik. Məqalənin linkini aşağıda tapa bilərsiniz. Bəs siz hansı platformalara öz pulunuzu etibar edirsiniz, sizin müşahidə etdiyiniz hansı risklər var? Texnologiya daha hansı faydaları və təhlükələri özü ilə bərabər maliyyə dünyasına gətirir? Bunları da bizimlə bölüşə bilərsiniz. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın.Son bölümü YouTube-da izlə:  https://www.youtube.com/watch?v=l7rHRPD0PG8&t=607sMəqalə linki: https://www.occrp.org/en/project/scam-empire/call-center-brands-design-test?utm_content=bufferc1726&utm_medium=social&utm_source=linkedin&utm_campaign=Buffer
Axşamınız və hər vaxtınız xeyir əziz dinləyicilər, bu günün Tech-week buraxılışı yenidən sizlərlə birlikdədir! Ümidvarıq ki, sezon 3 axarında gedir və yeni mövzularımızı dinləməkdən, araşdırmalarımızdan zövq alırsınız. Bu gün həqiqətən də çox balaca mövzudan uzun-uzun danışmışıq: Bəli, mövzu mikrorobotlar idi! Bu mikroskopik robotlar gələcəyin tibb sahəsini yenidən şəkilləndirəcək mi?İstər ürək-damar xəstəliklərinin müalicəsində və analizində, o cümlədən xərçəng xəstəliyi kimi ağır, bəzən müalicəsi olmayan ciddi xəstəliklərin daha erkən diaqnozunda olsun, istərsə də tikinti sektorunda və ya zavod-fabriklərin makinələrində dayanıqlılıq testi kimi istifadəsində olsun, hər sahədə potensial göstərən bu "balacalar" həqiqətən də dilimizdəki *bap-balaca boyu var, dam dolusu toyu var!* atalar sözü ilə tam uzlaşır. Onları araşdıran Stanford və Harvard kimi öncü universitetlər, öz ağırlığının yüzlərlə qatını daşıyan bu robotların gələcəyinin parlaq olduğunu söyləyirlər. Yetərincə praktiki araşdırma və investisiya olarsa, çox önəmli problemlərimizə və yetərsizliklərimizə ümid yeri ola biləcəyini proqnozlaşdırırlar. Maraqlı gəldisə, daha çoxunu dinləmək üçün 3-cü bölümümüzə keçid edin. Xoş dinləmələr! Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın.Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=cvWgFGJyZZA (Telegram contact spoofing - "Salam, mən sənin şəklini bu saytda gördüm.")
Yeni sezonumuzun 2-ci epizoduna xoş gəldiniz, Tech-week dinləyiciləri! Bu gün sizlərlə birlikdə gerçək hekayəyə əsaslanmış bir mövzuda, yaxınlarımızdan birinin yaşadığı bir hadisə ilə bağlı maarifləndirici buraxılış yayımlamaq qərarına gəldik və sizinlə 'contact spoofing' adlanan, bəlkə də "kontakt virtual kamuflyajı" kimi tərcümə edə biləcəyimiz bir texnikadan danışdıq. Azərbaycan dilində birbaşa doğru tərcüməsini və termin qarşılığını tapa bilmədiyimiz bu texnikadan adətən zərərli yazılımları yazan və insanları tora salaraq onların məlumatlarını onlayn şəkildə ələ keçirmək istəyən "threat actors" - mənfi niyyətli təhlükə aktyorları istifadə edirlər. Bizlər də sizə bu texnikaların aktiv döndüyü kommunikasiya applikasiyalarının - Telegram, WhatsApp, Messenger və s. boşluqları haqqında danışdıq, bu metodları necə görə biləcəyimiz, adətən bu linklərin nəyə bənzədiyini, hansı metodlarla bizlərə gəlib çatdığını və nə üçün heç birimizin bunlardan tam şəkildə risksiz, azad olmadığımızı müzakirə etdik. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın.Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=mHPkPfjIswI&t=483s (AI bubble (Süni İntellekt şarı) - partlayacaq mı?)
Yeni sezonun ilk epizoduna xoş gəldiniz əziz Tech-week dinləyiciləri!Bu 3-cü sezonun podkast bölümlərini Azərbaycan dilində yayımlamağa davam edəcəyik. Sizin əvvəlki sezonla bağlı geri bildirimlərinizi, fikirlərinizi də şərhlərdə gözləyirik. Bu bölümümüzdə müzakirə etdiyimiz mövzu daha çox iqtisadi terminlərə toxundu. Süni İntellektin yaratdığı iqtisadi şar (bubble) nə zaman partlayacaq və ya partlayacaq mı? Bunun gündəlik həyatımıza təsiri nə ola bilər? Ümumiyyətlə, bu fenomenin keçmişdə baş vermiş sənayə inqilabları ilə müqayisəsi nədir və hazırda Sİ biznes bazarındakı vəziyyətlə bağlı təhlillər nələrdir? Bütün bu suallara cavabları, və daha çoxunu səbirsizliklə dinləməyə hazırsınızsa, yaxın əyləşin və indicə dinləməyə başlayın! Xoş dinləmələr. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın.Son bölümü YouTube-da izlə: https://youtu.be/K-fc-7Rs3w8?si=guHe-NsVF5LoaeVG
Dear listeners, welcome to our fifth episode! Today, we discussed the recent developments in the AI/tech world, the Sora 2 release, and how a broad adoption of such text-to-video generators is still unlikely. We also touched upon ethical and other risks that might undermine the spread of AI text-to-video generators. We deep-dived into technical capabilities as far as we could cover, as well as their limitations. What do you think? Will Sora be the next social media as companies would like us to see it? Enjoy listening, and don't forget to follow us on Spotify, YouTube, or wherever you are getting your podcasts from.LIST: https://www.youtube.com/watch?v=JeDBLSbDG2Y&list=PLF3pTkET0qZ5qs5yf-iCtRo1azQi2XGA2LATEST VIDEO: https://www.youtube.com/watch?v=GwoGLz7W1g4&list=PLF3pTkET0qZ5qs5yf-iCtRo1azQi2XGA2
Welcome to the fourth episode of Season 2 at Tech-week! (#E4S2) Today, in this episode, we discussed the arms race dynamic of technological competition and how it relates to our previous historical examples of harmful competition leading to unintended consequences. In recent years, Tech companies have been investing heavily in building new data centers, training more AI model, and releasing ever-evolving new versions of their products. But what they don't consider enough, we believe, is that their vicious competition might harm their own goals and create a game theoretical situation where everyone of us might end up worse off. We talked about historical examples in biotech, the definition of failure according to us, and potential solutions and mitigation ideas for the future. Enjoy listening, and don't forget to follow us on Spotify, YouTube, or wherever you are getting your podcasts from. With the support of Spotify Creators and Riverside.fm, we are producing all of the episodes in season 2 in 4K video quality. LIST: https://www.youtube.com/watch?v=JeDBLSbDG2Y&list=PLF3pTkET0qZ5qs5yf-iCtRo1azQi2XGA2LATEST VIDEO: https://www.youtube.com/watch?v=2XFYv7ceosE&list=PLF3pTkET0qZ5qs5yf-iCtRo1azQi2XGA2&index=1
Welcome to Tech-week's episode 3, in season 2! We discussed today the role of the technology in climate change mitigation, what are countries currently doing and what are the roadblocks on the way for greener future? With the support of Spotify Creators and Riverside.fm, we are producing all of the episodes in season 2 in 4K video quality. Let us know what your thoughts are on the topic, join the discussion, leave a comment in our YouTube channel. LIST: https://www.youtube.com/watch?v=JeDBLSbDG2Y&list=PLF3pTkET0qZ5qs5yf-iCtRo1azQi2XGA2LATEST VIDEO: https://www.youtube.com/watch?v=9HwvzDyY6BE&list=PLF3pTkET0qZ5qs5yf-iCtRo1azQi2XGA2&index=1
Welcome to the next episode of Season 2 in Tech-week!In this episode we discussed about technology's future, how it will look like in 10 years and our projections. We focused on three areas of technological developments: Sustainable energy, Artificial Intelligence and Social Media / Information Consumption. Let us what you think. Do you enjoy our English series? Would you like to see any guests in our episodes?Share with us in the comments section. We have recently started to publish our episodes on YouTube as well. Check them out here:LIST: https://www.youtube.com/watch?v=JeDBLSbDG2Y&list=PLF3pTkET0qZ5qs5yf-iCtRo1azQi2XGA2LATEST VIDEO: https://www.youtube.com/watch?v=UYQzu9BQX7M
Welcome to the first Episode of Season 2 in Techweek! In this season, we will discuss more about technical explanations, how systems work in simpler terms, inner workings, different principles and definitions! This was our very first session in English. We tried our best to explain what happened over our conversation with ChatGPT based on the following prompt:"Is it true that you are thinking in a different way than normal human mind works? I read that you are thinking with vectors and their distances encoded to meanings of words in multidimensional space? How can you explain this?". This conversation touched upon many fascinating topics such as how meanings of our daily used words can be mapped onto space, how obscure Turkish thistle language works in Trabzon mountains, 'multidimensional vector space' way of reasoning of Large Language Models, and relationship between music theory and human languages. It was a brain explosion for us! However, quite amazing discussion. PS: It is important to note that we are not discovering something new. This discussion is solely the reflection of our interpretations. ChatGPT and other Large Language Models have been reported to successfully making us, humans think that we are doing something scientifically important by just conversing with them. However, in these highly technical subjects, it is essential to respect scientific, academic discovery and the efforts of professionals in this field. What do you think? Share with us in the comments section. We have recently started to publish our episodes on YouTube as well. Check them out here: https://www.youtube.com/watch?v=JeDBLSbDG2Y&list=PLF3pTkET0qZ5qs5yf-iCtRo1azQi2XGA2
Yeni bir bölümə daha xoş gəldiniz əziz Tech-week dinləyiciləri! Bu gün, yeni həftəmizin epizodunda məşhur uşaq teleserialı olan Sesame Street-dəki Cookie Monster üçün gerçək həyat adaptasiyası etməyə çalışdıq. Bu Kuki Canavarından öyrənə biləcəyimiz dərsləri, qeyd etməli olduğumuz məqamları bacardığımız qədər izah etmişik. Vebsaytların, elektron xidmətlərin və applikasiyaların ayrılmaz bir parçasına çevrilən bu (elektron) çərəzlər nədir? Hansı yerlərdə istifadə olunur, agah olmalı olduğumuz məqamlar nələrdir? Bu sualların hamısına cavabı, o cümlədən bəzi kibertəhlükəsizlik məsləhətlərini epizodumuza keçərək dinləyə, öyrənə bilərsiniz. Bu bədheybəti nə üçün axı bu qədər böyütdük biz?!
Uzun bir aradan sonra yenidən günlərdən Tech-week günüdür! Yeni buraxılışımıza xoş gəldiniz, əziz dinləyicilər! 🥳 Müəyyən bir müddət texniki fasilədən sonra yenidən sizlərlə bir aradayıq. Bu günkü epizodumuzda bu həftələrin, ayların ən önəmli mövzularından olan süni intellekt və iş dünyasını danışmışıq. Ən birinci bölümümüzdə toxunduğumuz mövzuları daha dərindən analiz etmişik, texnologiyanın hansı peşələri nə cür dəyişdirdiyindən, biliyin emalından, xüsusilə hüquqşünas peşəsi timsalında müşahidə etdiyimiz inkişaf trayektoriyasından söhbət açmışıq. Yaxın əyləşin və ya qulaqlıqlarınızı möhkəm taxın, fikrimizcə bol məlumatlı, maraqlı bölüm alındı! - Tech-week'in 9-cu epizodu ilk dəfə olaraq Spotify və Riverside.fm'in dəstəyi ilə 4K keyfiyyətli video ilə bərabər yayımlanır.
Tech-week'in 8-ci buraxılışında sizləri xoş gördük əziz Dinləyicilər! Instagram üzərindən bildiriş etdiyimiz üzrə, bir daha nəzərinizə çatdırmaq istərdik ki, artıq yeni buraxılışlarımız 2 həftə aralıqla yayımlanacaqdır. - Bu günün müzakirə mövzusu onlayn scam-lər barəsində oldu və biz kiber fırıldaqçıların süni intellekt və böyük dil modelləri dövründə innovativ yeniliklərdən istifadə edərək insanları, xüsusən həssas qrupları necə tələyə salmasından, sürətlə inkişaf edən və mürəkkəbləşən kiber dünyada daha güvənli onlayn mövcudluğumuzu təmin etmək üçün atmalı olduğumuz addımlar və diqqətli olmalı olduğumuz məqamlardan bəhs etmişik. Bu bölümün şüarını da tapdıq! "Sağlam dərəcədə şübhəcilik hər zaman bizi qoruyar. " Həqiqətən də, əgər insan olaraq nə qədər həssas məqamlarımızın olduğunu və internetin açıq dünyasında, kibercinayətkarların bu həssaslıqları istismar etməyə hazır olduqlarını başa düşüb qəbullansaq, şübhəciliyin və ehtiyatın daha lazımlı olduğunu dərk etmiş olarıq. Tech-week olaraq missiyamıza sadiq qalaraq inanırıq ki, maariflənmək və bu kompleks mövzularda ətraflı bilgilənmək bizim onlayn kimliyimizin ən sağlam bünövrəsini atacaq, kiber təhlükəsizliyimizi daha da artıracaq. Xoş dinləmələr! Bizi digər platformalardan izləyib bəyənməyiniz, iştirakçılığınız və ətrafınızla paylaşmağınız işimizə dəyər qatır, bizlərə dəstək olur. (c) @techweek.podcast
Yeni yayımımıza xoş gəldiniz! Bu həftəmizin 7-ci Techweek buraxılışında biomimikriya və ya digər adı ilə biomemetika haqqında söhbət açdıq. Təbiətin milyonlarla və milyardlarla il ərzində davamlı təkamülünün müxtəlif fiziki, kimyəvi və bioloji problemlərə gətirdiyi yaradıcı həll yolları və bu ağıllı həllərin texnoloji innovasiyalara necə ilham qaynağı olması gerçəyi danılmazdır. Bu mövzu, dizayn qərarlarından tutmuş şəhər urbanistikasına qədər, tikinti sənayesindən material mühəndisliyə qədər, mikrobotlardan tutmuş, tibbi araşdırmalara qədər bir çox elmi mövzulara toxunur, və nəzərimizə çarpmayacaq qədər ətrafımızdakı hərşeylə bağlantılı ola bilər. Bu günümüzün heyranlıqla izlədiyimiz texnologiyaları da bir zamanlar primitiv olublar və onlar da təbiətdəki canlılar kimi bənzər təkmilləşmə prosesindən keçiblər. Təyyarələrin kəşfini, biz insanların göydə uçan quşları ilk dəfə maraqla müşahidə etməsinə, səmalarda uçma arzumuzu canlandıran o quşların qanad hərəkətlərinin diqqətli analiz edilməsinə kimi geriyə izləmək olar. Elə bu təbiəti yamsılama bacarığımızın texnologiya ilə vəhdətinin nəticəsidir ki, arzularımız gerçəkliyə dönüşüblər, beləliklə biz inkişaf etmiş toplumlar halına gəlmişik. Xoş dinləmələr arzu edirik, bizləri bütün platformalardan izləməyi və dəstək olmağı unutmayın. Təşəkkürlər!(c)techweek.podcast
Əziz dinləyicilər, Xoş gördük! Bu gün yayımımızda texnologiya səhnəsinə adını böyük səs-küylə salan, və heç kimin bir il öncəyə kimi demək olar ki adını belə eşitmədiyi hedc fondu (hedge fund) olan High-Flyer-in qurduğu DeepSeek şirkətinin nailiyyətlərindən, nə üçün bu şirkətin yaratdığı süni intellekt məhsulunun önəmli olmasından, bütün dünyada, xüsusən maliyyə və texnologiya sektorlarında çalxantıya səbəb olmasından danışdıq. Fərqli mədəni keçmişlərin və dünyagörüşlərinin texnoloji səhnədə fərqli yanaşmalar yaradaraq açıq və sağlam rəqabətə qığılcım verdiyini düşünürük. İnsanlığın ortaq faydasına yaraya biləcək yeniliklərin hər zaman heç də qapalı şəraitdə yaradılmadığından, o cümlədən dünyada dəyişən, axım kimi olan paradiqmalar və nəzəriyyələrdən söz açmışıq. Dünyamızın mürəkkəb problemlərinə gətirilən daha optimal və effektiv həll yolları dünyanın istənilən coğrafiyasından gələ bilər. Bu, insanlıq tarixi boyu belə olmuşdur. DeepSeek-in timsalında görə bilirik ki, innovasiyanın kökündə dayanan əsas motivasiyalardan biri də resursların çatışmazlığı və maddi sıxıntılardır, daha yaxşı işləyən, daha az resurslarla çalışan bir həlli tapmaqdır. Bir-birimizdən öyrənəcəyimiz çox şeyin olması, bizi gələcəklə bağlı daha da həyəcanlandırmalı, təvazökar etməli və perspektivimizi geniş tutmağımıza, öyrənməyə həvəsli olmağımıza yol açmalıdır. Riskləri və faydaları sadəcə birgə-əməkdaşlıqla manevr edə bilərik. DeepSeek texnologiyasının ikinci bölümünü, növbəti yayımımızda əhatəli şəkildə, riskləri ilə birlikdə də bölüşməyi düşünürük. Şərhlərinizlə istəklərinizi bəlli edin! Xoş dinləmələr, bizi izləməkdə davam edin. Paylaşmağınız və aktiv iştirakınız işimizə birbaşa dəstək olur. (c) @techweek.podcast
loading
Comments