Techweek #9: Süni intellektlə birlikdə iş dünyası necə dəyişir? Böyük əvəzləmə dalğası ağ yaxalı işləri daha çox təhdid edir yoxsa mavi yaxalı? Hüquqşünas nömrə 1912032
Description
Uzun bir aradan sonra yenidən günlərdən Tech-week günüdür! Yeni buraxılışımıza xoş gəldiniz, əziz dinləyicilər! 🥳
Müəyyən bir müddət texniki fasilədən sonra yenidən sizlərlə bir aradayıq. Bu günkü epizodumuzda bu həftələrin, ayların ən önəmli mövzularından olan süni intellekt və iş dünyasını danışmışıq. Ən birinci bölümümüzdə toxunduğumuz mövzuları daha dərindən analiz etmişik, texnologiyanın hansı peşələri nə cür dəyişdirdiyindən, biliyin emalından, xüsusilə hüquqşünas peşəsi timsalında müşahidə etdiyimiz inkişaf trayektoriyasından söhbət açmışıq.
Yaxın əyləşin və ya qulaqlıqlarınızı möhkəm taxın, fikrimizcə bol məlumatlı, maraqlı bölüm alındı!
- Tech-week'in 9-cu epizodu ilk dəfə olaraq Spotify və Riverside.fm'in dəstəyi ilə 4K keyfiyyətli video ilə bərabər yayımlanır.